Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:06

Moskvada keçiriləcək Əfqanıstan konfransına ABŞ da qatılacaq


Birləşmiş Ştatların Əfqanıstan üzrə xüsusi səfiri Zalmay Xəlilzad
Birləşmiş Ştatların Əfqanıstan üzrə xüsusi səfiri Zalmay Xəlilzad

ABŞ prezidenti Co Bayden Birləşmiş Ştatların Əfqanıstan üzrə xüsusi səfiri Zalmay Xəlilzadın Moskvada keçiriləcək konfransa qatılacağını bildirib.

Reuters yazır ki, Baydenin bu addımı dərin fikir ayrılıqlarına baxmayaraq ABŞ və Rusiyanın bir sıra məsələlərdə əməkdaşlıq edə biləcəyini göstərir.

Həm Moskva, həm də Vaşinqton Əfqanıstanda keçid hökumətinin yaradılmasına tərəfdardırlar.

ABŞ Dövlət Departamentinin sözçüsü Calina Porter mətbuat konfransında deyib ki, Moskva konfransı “Əfqanıstanda sülh prosesinin saxlanmasına edilən bütün beynəlxalq səyləri tamamlayan təbdirdir”.

ABŞ qoşunları mayın 1-dək çıxarılmalıdır

Reuters xəbər verir ki, Taliban və Əfqanıstan prezidenti Əşrəf Qani konfransda iştirak etməyə razılıq veriblər.

Tədbirə Çin və Pakistan da dəvət edilib.

Moskva konfransı Dohada Talibanla Əfqanıstan hökuməti arasında aparılan danışıqlar dalana dirəndikdən sonra iki tərəfi bir araya gətirmək üçün edilən bir sıra beynəlxalq cəhdlərdən biridir.

Bu danışıqlarda ABŞ vasitəçilik edir.

Keçmiş prezident Donald Trampın adminsitrasiyası dövründə, 2020-ci ilin fevralında Vaşinqtonla Taliban arasında əldə olunmuş razılaşmaya görə ABŞ Əfqanıstanda qalan qoşunlarının hamısını mayın 1-dək çıxarmalıdır.

ABŞ qoşunları Əfqanıstana 2001-ci ildə yeridilib.

ABŞ və Rusiyanın istədiyini Qani istəmir

Birləşmiş Ştatların bu ay irəli sürdüyü təşəbbüsə görə Qani hökumətini yeni keçid hökuməti əvəz etməlidir.

Bu ideyaya görə keçid hökumətinə hazırkı hökumətin və Talibanın verdiyi namizədlər daxil olmalıdır.

Bu plan habelə prezident və parlament seçkilərinin yeni konstitusyanın qəbulundan sonra keçirilməsini nəzərdə tutur.

Xəlilzad bu təklifi tərəflərə təqdim edib.

Rusiya da Əfqanıstanda keçid hökumətinin yaradılmasına çalışır.

Lakin prezident Qani bu kimi təklifləri rədd edir və bildirir ki, hökumət dəyişikliyi yalnız seçki yolu ilə ola bilər.

Taliban atəşkəs və seçki keçirilməsinə qarşıdır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG