Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:49

Milyonlarla insan aclıqla üz-üzədir


Əfqanıstanda məcburi köçkün sığınacağı
Əfqanıstanda məcburi köçkün sığınacağı

Dünya Ərzaq Proqramının İcraçı Direktoru Deyvid Bisli deyib ki, COVID-19 və aclıq pandemiyası aclıq həddinə sürüklənən insanların sayını 135 milyondan 270 milyona qaldıra bilər

Əsasən münaqişələrdən dolayı onlarla ölkədə onmilyonlarla insan aclıqla üzləşib. BMT-nin Baş katibi Antonio Quterres martın 11-də ölkələri fəlakətin qarşısını almaq üçün 5.5 milyard dollar yığmağa çağırıb.

“Dərhal tədbir görülməsə, milyonlarla insan aclıq və ölüm həddinə çatacaq”, – Qurerres BMT-nin Təhlükəsizlik Şurasının yüksək səviyyəli iclasında bildirib.

Onun sözlərinə görə, 35-dən çox ölkədə 30 milyondan artıq adam aclığın bəyan edilməsinin “bircə addımlığındadır”.

Aclığa daha çox münaqişələr səbəb olsa da, “iqlim şokları və COVID-19 pandemiyası alovu daha da gücləndirir”, – o vurğulayıb.

'Torpaq yeyək?' - Şamaxının ucqar kəndindən reportaj
Gözlə

No media source currently available

0:00 0:05:51 0:00

20 faiz artım

2020-ci ilin sonunda münaqişə və sabitsizlikdən dolayı 88 milyondan çox insan “kəskin aclıq”dan əziyyət çəkirdi. Bu isə bir il öncəylə müqayisədə 20 faizlik artım deməkdir.

Sahel, Afrika buynuzu, Cənubi Sudan, Yəmən və Əfqanıstan ən çox zərbə yemiş ölkələr və regionlardır.

Karantin iyunun 1-nə kimi uzadılır. Bəs, hökumət pandemiyaya görə yardımları artıra bilərmi?
Gözlə

No media source currently available

0:00 0:05:39 0:00

Dünya Ərzaq Proqramının İcraçı Direktoru Deyvid Bisli deyib ki, COVID-19 və aclıq pandemiyası aclıq həddinə sürüklənən insanların sayını 135 milyondan 270 milyona qaldıra bilər.

“Bu gün xəbərdarlıq etməliyəm ki, biz bir daha uçuruma yuvarlanırıq. Hazırda 270 milyon nəfər aclıq böhranıyla üzləşib”, – o deyib.

Dünyada yeni növ koronavirusa 118 milyondan çox yoluxma aşkarlanıb, 2 milyon 600 mindən çox insan vəfat edib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG