Keçid linkləri

Təcili xəbərlər
2021, 20 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:54

Əfqanıstana da COVAX vaksinləri çatdırılır


Arxiv fotosu

Əfqanıstan COVAX beynəlxalq vaksin paylaşımı proqramı çərçivəsində COVID-19 vaksinlərinin ilk partiyasını qəbul edib. Bu haqda dünya səhiyyə və Əfqanıstan hökumət rəsmiləri məlumat yayıb.

Dünya Səhiyyə Təşkilatının (DST) martın 8-də bildirməsinə görə, Əfqanıstana ümumilikdə 3 milyon dozaya yaxın vaksin göndəriləcək, onun ilk 468 minlik dozası martın 8-də çatdırılıb.

Əfqanıstana göndərilən AstraZeneca vaksinləri Mumbaydakı Hindistan Serum İnstitutu tərəfindən istehsal olunub. 468 min doza vaksindən əlavə, 470 min şpris, 4 min 700 təhlükəsizlik qutusu da çatdırılıb.

Ölkənin səhiyyə rəsmiləri deyirlər ki, COVAX çərçivəsində ölkənin 38 milyonluq əhalisinin 20 faizi vaksinlə təmin olunacaq.

COVAX inkişaf etməkdə olan ölkələrin vaksinlə təminatını yaxşılaşdırmaq üçün yaradılıb. Proqram çərçivəsində 2021-ci ilin sonunacan az inkişaf etmiş ölkələrə 2 milyard doza vaksin verilməsi nəzərdə tutulub.

XS
SM
MD
LG