Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:09

Tixanovskaya onları aclıq aksiyasını dayandırmağa çağırır


Belarusda etiraz aksiyası
Belarusda etiraz aksiyası

Tixanovskaya deyib ki, BMT gələn həftədən adamların qanunsuz saxlanması, onlara qarşı hökm çıxarılması üçün məsuliyyət daşıyanlara qarşı mexanizm işlə salmalıdır

Belarusun müxalifət lideri Svetlana Tixanovskaya həbsdə olan üç belaruslunu aclıq aksiyalarını dayandırmağa çağırıb. Onlar öz həbslərinə etiraz olaraq aclıq edirlər.

Martın 14-də YouTube müraciətində Tixanovskaya deyir ki, Belarus jurnalist İhar Losik, musiqi İhar Bantser və fəal Dmitru Furmanaunu itirə bilməz.

“Belarusun sizə ehtiyacı var”

“Siz indi həyatınızı riskə atırsız, aclıq aksiyasi ilə etirazınızı bildirirsiz. Amma biz, belaruslular, sizi itirmək riskinə hazır deyilik. Əzizlərinizin, valideynlərinizin və övladlarınızın sizə ehtiyacı var. Belarusun sizə ehtiyacı var”, – Tixanovskaya bəyanatında deyir.

Tixanovskaya qeyd edir ki, həbsdəki yüzlərlə digər “günahsız belarusluların” buraxılması üçün “əlindən gələni edəcək”. O, ötən həftə Avropada bir sıra rəsmilərlə görüşdüyünü, onlardan fəalların həbsinə görə belaruslu məmurlara əlavə sanksiyalar qoyulmasını istədiyini söyləyib.

Belarusda Alyaksandr Lukaşenka 9 avqust prezident seçkisinin qalibi elan olunandan sonra ölkəni etirazlar bürüyüb, minlərlə etirazçı saxlanıb.

Tixanovskaya deyib ki, BMT gələn həftədən adamların qanunsuz saxlanması, onlara qarşı hökm çıxarılması üçün məsuliyyət daşıyanlara qarşı mexanizm işlə salmalıdır.

İttihamlar

AzadAvropa/AzadlıqRadiosu-nun yeni media texnologiyaları üzrə konsultantı olan Losik ötən həftə müstəntiq və vəkilinin yanında biləyini kəsib, ona irəli sürülmüş yeni ittihamlara etiraz olaraq aclıq aksiyasına başlayıb. Radionun Prezidenti Ceymi Flay da Lukaşenkanı Losiki dərhal azadlığa buraxmağa çağırıb.

Musiqiçi Bantser Lukaşenkaya qarşı yürüşdə saxlanıb, xuliqanlıqda ittiham olunub. O, martın 3-də aclığa başlayıb.

Furmanau isə mayın sonunda Tixanovskayanın prezidentliyə namizədliyi üçün imzatoplama tədbirində saxlanıb. O, ictimai asayişi pozan fəaliyyətin təşkilində ittiham olunub. Furmanau martın 11-də aclıq aksiyasına başlayıb.

Tixanovskaya hazırda Litvada yaşayır. Özü və tərəfdarları seçkini onun udduğunu deyirlər. O, seçkiyə həyat yoldaşı, vloqer Sergey Tixanovski saxlanandan sonra qatılıb.

Tixanovskiyə ötən həftə son ittihamlar açıqlanıb. O, seçki məmurlarının işinə mane olmaqda, kütləvi iğtişaşların təşkilində ittiham olunur və 15 ilədək həbsə məhkum edilə bilər.

Qərb Lukaşenkanı Belarusun legitim prezidenti kimi tanımayıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG