Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:38

Eurovision Belarusa ‘mahnını dəyiş’ dedi


“Qalası 3Mesta” qrupu
“Qalası 3Mesta” qrupu

Avroviziya mahnı yarışının təşkilatçıları Belarusdan Rotterdamda keçiriləcək müsabiqəyə təqdim olunmuş mahnını dəyişməyi rica edib.

Eurovision təşkilatçılarının Belarusun Belteleradio dövlət şirkətinə müraciətində deyilir ki, ölkənin müsabiqəyə təqdim etdiyi mahnı yarışın “qeyri-siyasi məzmun” prinsipini pozur.

Söhbət “Qalası 3Mesta” qrupunun “Mən səni öyrədərəm” adlı mahnısından gedir.

Mahnının nəqaratında deyilir:

"Mən səni tütək səsinə oynamağı öyrədərəm. Mən sənə simlərin üstündə gəzməyi öyrədərəm. Sən hər şeydən razı qalacaqsan və şad olacaqsan...Bu sənin özünçün də yaxşıdır”.

Dünya mediası yazır ki, bir çoxları bu mahnıda siyasi məna görüblər və tənqidçilər düşünürlər ki, mətn prezident Alyaksandr Lukaşenkaya qarşı kütləvi aksiyalarda iştirak edənlərə ünvanlanıb.

Müxalifəti lağa qoyan qrup

Rusiyanın Interfax agentliyi yazır ki, “Qalası 3Mesta” qrupu bundan əvvəl də Belarus müxalifətinin nümayəndələri Svyatlana Tixanovskaya, Pavel LatuşkoMariya Kolesnikova barəsində satirik kliplər hazırlayıb.

Belə bir qrupun Belarusdan necə təqdim olunduğu məlum deyil.

AzadlıqRadiosunun Rus xidməti yazır ki, “Qalası 3Mesta” qrupunun başçısı Dmitri Butakov Avroviziya təşkilatçılarının müraciətinə münasibət bildirib.

O RIA Novosti agentliyinə deyib ki, onun kollektivi “Eurovision 2021” yarışında iştirakdan ümumiyyətlə imtina edə bilər.

Butakov deyib ki, mahnının sözlərini dəyişmək niyyətində deyil.

Ötən il koronavirus pandemiyasına görə ləğv edilmiş Eurovision mahnı müsabiqəsi bu il mayın 18-dən 22-dək Rotterdam şəhərində keçiriləcək.

Yarışda 41 ölkənin iştirakı nəzərdə tutulub.

Xatırlatma

Tixanovskaya və tərəfdarları Belarusda 9 avqust seçkisinin Lukaşenkanın xeyrinə saxtalaşdırıldığını, onun əslində 3 faizdən də az səs qazandığı deyirlər.

Seçkidən sonra başlanan etirazlarda jurnalistlər və fəallar da daxil minlərlə insan saxlanıb. Onlara işgəncələr verilməsinə dair məlumatlar var.

Etirazçılardan bir neçəsi həlak olub.

Belarusa 1994-cü ildən prezidentlik edən Lukaşenka seçkidə saxtakarlığa yol verilmədiyini və müxalifətlə dialoqa getməyəcəyini deyib.

Avropa İttifaq, ABŞ və Kanada Belarus seçkisinin nəticələrini və Lukaşenkanın prezident kimi legitimliyini tanımadıqlarını bildiriblər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG