Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:25

Qazaxıstan Çindən bu ölkədəki etnik qazaxlara kömək istəyib


Sayraqul Sauytbay
Sayraqul Sauytbay

Qazaxıstanın Xarici İşlər Nazirliyi Çin hökumətindən xahiş edib ki, bu ölkədəki etnik qazaxların ricasına baxsın.

Bu şəxslər Çinin Sintzyan rayonunda saxlanan yaxınlarının azad olunmasını xahiş edirlər.

Qazaxıstanın xarici işlər naziri Muxtar Karibay martın 12-də paytaxt Nur-Sultanda jurnalistlərə deyib ki, onlarca etnik qazax artıq bir aydır Almatıdakı Çin konsulluğunun qarşısında piket keçirir.

Nazirin sözlərinə görə, o da Çinin diqqətini qazaxların probleminə cəlb edib:

"Biz Çin tərəfini bu adamlarla görüşməyi və onların şikayətlərinə baxmağa çağırdıq ki, Çin səfirliyinin qarşısındakı gündəlik piketlərə də son qoyulsun”.

İki norma

Karibay bunu da deyib ki, bəzi oturaqlıq almış Qazaxıstan vətəndaşları və ya Çinin etnik qazax vətəndaşları Çində Sintzyan vilayətini tərk edə bilməyən doğmalarından narahatdırlar.

Lakin nazir əlavə edib ki, belə adamların 90 faizi artıq Qazaxıstana qayıdıb:

"Biz belə bir beynəlxalq normaya əməl edirik ki, bir ölkə başqa bir ölkənin daxili işlərinə qarışmamalıdır. Lakin burası da var ki, başqa bir beynəlxalq norma yaxın qohumların bir-birindən ayrı salınmasını qadağan edir”.

Nazirin sözlərinə görə hazırda Sintzyanda doğmaları ilə qovuşa bilməyən 5-6 nəfər qalıb və onların hamısı Çin vətəndaşlarıdır.

Karibayın sözlərinə görə bir sıra medialar bu şəxslərin Çində qanunu pozduqlarını bildirirlər və bu səbəbdən onların problemi daha uzun sürə bilər.

AzadlıqRadiosu müxbirinin Sintzyanda saxlanan qazaxların daha çox olduğuna dair media xəbərləri barədə sualına Karibay “qeyri-rəsmi informasiyanı” şərh eləmədiyini deməklə cavab verib.

Məsələyə ABŞ səfirliyi də qarışıb

Karibayın bu bəyanatından bir gün əvvəl Qazaxıstandakı ABŞ səfirliyi özünün Facebook səhifəsində Sintzyandan olan qazax Sayraqul Sauybayla müsahibə dərc etmişdi.

O bu müsahibədə ilk dəfə olaraq Sintzyandakı “tərbiyələndirmə” düşərgələri barədə danışmışdı.

Çindən 2018-ci ildə qaça bilən Sauytbay hazırda İsveçdə yaşayır.

O müsahibədə deyib ki, bu düşərgələrdə minlərlə etnik qazax, uyğur və başqa müsəlmanlar “işgəncə və alçaldılmalarla” üzləşir.

Martın 10-da ABŞ səfirliyi Sintzyanda Qazaxıstana qaçan qazaxlarla görüş keçirib.

ABŞ Dövlət Departamenti bildirir ki, 2 milyonadək qazax, uyğur və başqa müsəlmanlar Sintzyandakı əmək düşərgələrində saxlanır.

Çin belə düşərgələrin mövcudluğunu ümumiyyətlə inkar edir.

Qazaxlar uyğurlardan sonra Sintzyandakı ikinci ən böyük etnik toplumdur.

Onlardan başqa bu vilayətdə qırğızlar, taciklər və dunqanlar da yaşayır.

Çinin əsas milləti olan hanlar Sintzyanda ikinci böyük etnik qrupdur.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG