Keçid linkləri

Təcili xəbərlər
2021, 20 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:04

‘Gözlənilməz’ korrupsiyaya icazə verilə bilər


Dövlət Duması

Rusiya parlamentinin aşağı palatası – Dövlət Dumasında “təsadüfi, gözlənilməz” korrupsiyaya icazə verən qanun layihəsi birinci oxunuşda qəbul olunub.

Layihəyə görə, məmurlar, hakimlər, prokurorlar, hərbi heytə və digər fərdlər idarə edə bilmədikləri vəziyyətlərdə baş verən korrupsiyaya görə məsuliyyət daşıya bilməzlər.

Belə vəziyyət kimi zəlzələ, daşqın, qasırğa, yanğın, zərbələr, hərbi münaqişə və terror hücumları sadalanır.

Layihəyə görə, korrupsiya hərəkətinin “gözlənilməz” olduğu, “idarəolunmayan şəraitdə” baş verdiyi müəyyənləşərsə, hər bir hal üzrə xüsusi komissiya yaradılır.

Korrupsiya hərəkətinin “gözlənilməz”liyinə qərar verilərsə, onu həyata keçirmiş şəxslər “nəzarət edə bilmədikləri şərait sona çatandan” sonra bir ay ərzində onu düzəltməlidirlər.

XS
SM
MD
LG