Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:16

Şərqi Avropa avtoritarlığa yuvarlanır?


Baş nazirlər Viktor Orban (solda) və Mateuş Moravetski
Baş nazirlər Viktor Orban (solda) və Mateuş Moravetski

Avropa Komissiyasının vitse-prezidenti Vera Jurova Macarıstan, Polşa və Sloveniyada media azadlığı üçün şəraitin pisləşə biləcəyi barədə xəbərdarlıq edib.

Martın 10-da Avropa Parlamenti bu məsələni müzakirəyə çıxarıb.

Parlament qarşısında etdiyi çıxışda xanım Jurova ötən ay Macarıstanda liberal təmayüllü Klubradio radiostansiyasının efirdən çıxarılması barədə danışıb.

Bu radiostansiya baş nazir Viktor Orbanın sağ təmayüllü hökuməti barədə tənqidlər səsləndirirdi.

Jurova habelə Polşada müstəqil media qurumlarının baş nazir Mateuş Moravetskinin millətçi hökumətinin qeyri-dövlət mediaları üzərinə reklam vergisi qoymaq planlarına etiraz etməsindən söz açıb.

Avrokomissiyanın vitse-prezidenti deyib ki, bu qayda ölkədə plüralizmin meydanını daraldacaq.

Avropa İttifaqı tədbir görəcək

Xanım Jurova deyib ki, gələn iyulda Avropa İttifaqının rotasiyalı sədrliyini qəbul edəcək Sloveniyada baş nazir Yanez Yanşanın hökuməti “milli mətbuat agentliyinin davamlı maliyyələşdirilməsini və müstəqilliyini sarsıtmağa çalışır və bu ölkədə jurnalistlər təhqirlərlə üzləşir”.

Jurova deyib ki, bütün bu neqativ hallar barədə sözü gedən ölkələrin hökumətləri ilə söhbətlər aparılıb.

O vəd edib ki, bu ölkələrdəki qanunvericiliyin Avropa İttifaqı qanunlarına uyğunluğu məsələsi nəzarətdə saxlanacaq və lazım gələrsə xüsusi tədbirlərə əl atılacaq.

Buna baxmayaraq, Avropa Parlamentinin plenar iclasında hər hansı qətnamənin qəbul ediləcəyi gözlənilmirdi.

Avropa İttifaqı artıq bir müddətdir ki, Macarıstan və Polşanın milli hökumətlərini demokratik azadlıqları, medianı, QHT-ləri və qanunun aliliyini məhdudlaşdırmaqda ittiham edir.

Tarix dəfələrlə göstərib ki…

Bundan bir gün əvvəl, martin 9-da Avropa Vətəndaş Azadlıqları İttifaqı bəyan etmişdi ki, Macarıstan, Polşa və Sloveniyadakı “avtoritarlar” demokratik standartların pozulması üçün pandemiyadan sui-istifadə edirlər.

Təşkilat bildirib ki, bu sahədə Bolqarıstan və Rumıniyada da vəziyyət ürəkaçan deyil.

Qeyd olunur ki, bu ölkələr təşkilatlanmaq azadlığını, məhkəmələrin müstəqilliyini məhdudlaşdırırlar.

Keçmiş Polşa dissidenti və aparıcı Gazeta Wyborcza qəzetinin baş redaktoru Adam Miçnik martin 8-də dərc etdiyi redaksiya məqaləsində yazır ki, Avropa İttifaqının Polşa və Macarıstan kimi təzə üzvlərinin hərəkətləri bütövlükdə ittifaqın təməl dəyərləri üzərinə hücum kimi qiymətləndirilməlidir:

"Tarix öz demokratiyaları uğrunda mübarizə aparmayan dövlət və ölkələrin başına nələrin gəldiyini bizə dəfələrlə göstərib”.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG