Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 09:03

Çexiya prezidenti Rusiya vaksininin müdafiəsinə qalxır


Miloş Zeman (solda) və Vladimir Putin (Arxiv fotosu)
Miloş Zeman (solda) və Vladimir Putin (Arxiv fotosu)

Çexiya prezidenti Miloş Zeman Rusiyanın Sputnik V COVID-19 vaksinindən ölkədə istifadəyə icazə verməkdə ləgdiyinə görə səhiyyə naziri Yan Blatnının istefasına çağırıb.

Blatnı bildirib ki, Rusiya vaskini yalnız Avropa İttifaqında qeydiyyatdan keçdikdən sonra ondan ölkədə istifadə etmək olar.

Zeman isə martin 10-da verdiyi müsahibədə bildirib ki, Rusiya vaksinindən ittifaqın qeydiyyatını gözləmədən istifadə olunmalıdır.

Çexiya prezidenti deyib ki, onun fikrincə, ölkədə Rusiya və Çin vaksinlərindən dərhal istifadəyə icazə verilməlidir.

Çexiya hazırda adambaşına düşən yoluxma sayına görə Avropa İttifaqında liderdir.

“Rus ruleti”

Maraqlıdır ki, özü hələ yanvar ayında Pfizer/BioNTech vaksini ilə peyvənd olunmuş Zeman son vaxtlaradək Çin və Rusiya vaksinlərindən istifadə üçün Avropa İttifaqının qeydiyyatını gözləməyin zəruriliyini bildirirdi.

Parlament qəzetinə müsahibə verən Zeman fikrini dəyişməsinin səbəbini açıqlamayıb.

O bildirib ki, Macarıstanda yerli hökumətlər Sputnik V vaksinindən istifadəyə icazə veriblər, Slovakiya isə artıq Rusiyadan vaksinin ilk partiyasını alıb.

Avropa Tibb Agentliyi bildirib ki, Rusiya vaksinindən istifadə məsələsinə baxılır, lakin bununla belə üzv ölkələr müstəqil qaydada Sputnik V vaksinini qeydiyyatdan keçirməyə tələsməməlidirlər.

Agentliyin sədri Krista Vörthumer-Hoş martin 9-da Avropa İttifaqı üzvlərinin təcili qaydada Rusiya və Çin vaksinlərini təsdiq etməsini “Rus ruletinə” bənzətmişdi.

Kazinolarda istifadə olunan “Rus ruleti” barədə ifadə adətən böyük risklərlə bağlı işlədilir.

O qeyd etmişdi ki, Rusiya və ya Çin vaksinlərindən istifadədən əvvəl onlar barədə təfərrüatlı məlumatların əldə olunması zəruridir.

Sputnik V Avropada mövqelərini möhkəmlədir

Zeman fevralın sonlarında CNN telekanalına müsahibəsində demişdi ki, o Rusiya prezidenti Vladimir Putinlə danışıqları zamanı ondan Çexiyaya Sputnik V vaksinin göndərilməsini xahiş edib.

O bunu da bildirib ki, Çexiya Sputnik V vaksinini Almaniya ilə müştərək istehsal etmək barədə təklif alıb.

Martın 9-da Avropa Şurasının prezidenti Şarl Mişel Rusiya və Çin hakimiyyətlərini vaksin mövzusundan siyasi təbliğat vasitəsi kimi istifadə etməkdə günahlandırıb.

Lakin elə həmin gün Rusiya Sputnik V vaksininin İtaliyada istehsal olunmasına dair saziş imzalayıb.

Bu, Avropa İttifaqında Sputnik V vaksininin istehsalına dair imzalanmış ilk sazişdir.

Çexiyaya gəlincə isə burada 10.6 milyonluq əhalinin 1.35 milyonu koronavirusa yoluxub.

Bu ölkədə COVID-19-dan 22 min 385 min ölüm qeydə alınıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG