Türkiyənin şərqindəki Bitlis vilayətində vertolyot qəzasında azı 11 hərbçi ölüb, üç nəfər yaralanıb.
Ölənlərdən biri general Osman Erbaşdır. O, quru qüvvələrinin 8-ci korpusuna başçılıq edirdi.
İlkin məlumata görə, qəzaya pis hava şəraiti, yaxud vertolyotda texniki nasazlıq səbəb ola bilərdi.
NATO-nun Baş katibi Yens Stoltenberq hərbçilərin ölümü ilə əlaqədar Türkiyəyə başsağlığı verib.
Azərbaycan Prezidenti İlham Əliyev də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana hərbi helikopter qəzası ilə bağlı başsağlığı verib.