Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 00:56

Nobel nominasiyalarının arasında Tixanovskaya və Navalnı da var


Svyatlana Tixanovskaya (solda) və Aleksey Navalnı
Svyatlana Tixanovskaya (solda) və Aleksey Navalnı

Norveç Nobel Komitəsi bildirib ki, 2021-ci ilin Nobel Sülh Mükafatı üçün 329 nominasiya daxil olub.

Osloda mənzillənmiş təşkilat qeyd edir ki, bu, mükafatın tarixində üçüncü ən yüksək rəqəmdir.

Bu mükafata ən çox nominasiya – 376 müraciət 2016-cı ildə edilmişdi.

Bu il mükafata 234 şəxs və 95 təşkilat nominasiya olunub.

Norveç Nobel Mükafatı Komitəsinin katibi Olav Nyoelstad deyib:

“Bu, Nobel Sülh Mükafatına beynəlxalq marağı əks etdirir. Bu, həm də yəqin ki, dünyada bir çox həll olunmamış münaqişələrin, müharibələrin və insan haqları problemlərinin qaldığını əks etdirir”.

Komitə mövcud qaydalara görə nominantların adlarını açıqlamır, amma onların özləri nominasiya olunduqları barədə məlumat verə bilərlər.

Builki siyahıda Belarusun müxalifət lideri Svyatlana Tixanovskayanın və rusiyalı antikorrupsiya fəalı Aleksey Navalnının da adları var.

Tramp və kürəkəni də var

2021-ci ildə Nobel Sülh Mükafatına habelə isveçli iqlim fəalı Qreta Tunberq, ABŞ insan haqları fəalı Steysi Abrams da nominasiya ediliblər.

Siyahıda habelə keçmiş ABŞ prezidenti Donald Tramp, onun kürəkəni Cared Kuşner və onun müavini Avi Berkovitz də var.

Onlar İsraillə bir sıra ərəb ölkələri arasında sülh sazişinin bağlanmasındakı rollarına görə təqdim olunublar.

Nobel Sülh Mükafatına nominasiya edilmiş təşkilatların arasında – Dünya Səhiyyə Təşkilatı (DST), Beynəlxalq Faktyoxlama Şəbəkəsi, Sərhədsiz Müxbirlər və Jurnalistləri Müdafiə Komitəsi də var.

2021-ci ilin mükafatçısı oktyabr ayında elan ediləcək.

Dünya Ərzaq Proqramı ötən ilin laureatı olub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG