Keçid linkləri

Təcili xəbərlər
2021, 07 Mart, bazar, Bakı vaxtı 03:32

Sevgililər günündə siyasi məhbuslara azadlıq istənilib


Цепь солидарности с политзаключенными. Петербург, 14.02 2021 года.

Fevralın 14-ü Valentin günü ilə bağlı Rusiyanın Moskva və Peterburq şəhələrində qadın fəallar siyasi məhbuslarla bağlı "həmrəylik həlqəsi" aksiyası keçiriblər.

Əllərində siyasi məhbusların adları yazılmış qırmızı ürək şəkilləri və şarları tutan aksiyaçıların həlqəsinə qoşulanların sayının 200 -dən çox olduğu bildirilir.

Aksiya iştirakçıları yalnız illərlə təqib olunan Kreml tənqidçisi Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnıya deyil, hakimiyyətin təzyiqlərinə məruz qalan bütün qadın siyasi məhbuslarla, aksiyalarda polis zorakılığına məruz qalanların hamısı ilə həmrəy olduqlarını bildiriblər.

"Biz bütün siyasi məhbusların azad olunmasını, qondama cinayət işlərinin dayandıılmasını tələb edirik. Biz tələb edirik ki, dinc aksiyalarda polis zorakılığına son qoyulsun. Biz azad toplaşma hüququmuzun reallaşmasını tələb edirik...."

2 saata yaxın davam edən aksiyanın insidentsiz başa çatdığı bildirilir.

Şərhlər

XS
SM
MD
LG