Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:34

Belarusda Xalq Məclisi başlayıb


Alyaksandr Lukaşenka Xalq Məclisində çıxış edərkən
Alyaksandr Lukaşenka Xalq Məclisində çıxış edərkən

Məclisə qatılan 2 min 700 nümayəndə əsasən hökumət məmurları və hakimiyyət tərəfindən seçilmiş şəxslərdir

Alyaksandr Lukaşenka “Ümumbelarus Xalq Məclisi”nin açılışını edib. Sovet dövrünü xatırladan iclasda islahatlar ölkənin növbəti beş il ərzində inkişafı müzakirə olunmalıdır. Konstitusiyaya mümkün düzəlişlər də müzakirə oluna bilər. Görünür, məqsəd hakimiyyətin Qərbi suçladığı kütləvi etirazlardan çıxış yolu tapmaqdır.

Ölkəni 1994-cü ildən idarə edən 66 yaşlı Lukaşenka fevralın 11-də ikigünlük məclisi açarkən deyib ki, Belarus üzərinə xarici “bliskriq” iflas edib.

“Bliskriq alınmadı”

“Belarusda rəngli inqilab mümkünsüz idi. Buna görə də müəyyən yerli qüvvələrdən dəstək alan xarici ölkələr rəngli inqilab deyil, blitskriq prinsipinə söykənən qiyamın təşkilinə cəhd etdilər. Bliskriq alınmadı. Ölkəmizi saxlaya bildik. İndilik... Nə olursa olsun, möhkəm durmalıyıq. Bu il, 2021-ci il həlledici il olacaq”, – Lukaşenka deyib.

Məclisə qatılan 2 min 700 nümayəndə əsasən hökumət məmurları və hakimiyyət tərəfindən seçilmiş şəxslərdir.

Lukaşenkanın opponentləri məclisi onun hakimiyyətdə qalmasına kömək məqsədi güdən biabırçı addım adlandırıblar. O, 9 avqust seçkisinin qalibi elan olunandan sonra ölkədə etirazlar başlanıb. Müxalifət seçkinin saxtalaşdırıldığını bildirir.

Belarusdakı ABŞ səfirliyinin fevralın 11-də verdiyi bəyanatda deyilir ki, məclis xalqla real dialoq demək deyil.

Məclis “Belarusluların baxışlarını əks etdirmir, ölkədəki mövcud siyasi böhranın həlli yollarını aramır. Hökumət etirazların liderlərini, fəalları, dissidentləri saxta ittihamlarla həbs edib, digərlərini ölkədən çıxmağa vadar edib”, – bəyanatda deyilir.

30 minədək etirazçı saxlanıb

Ötən ilin avqustundan etirazlarda 30 minədək şəxsin saxlandığı xəbər verilir.

Buna baxmayaraq onminlərlə insan küçələrə çıxaraq seçkinin saxtalaşdırılmasına etirazını bildirib, Lukaşenkanın istefasını, yeni seçki keçirilməsini tələb ediblər.

Təhlükəsizlik işçiləri nümayişçilərə divan tutub, jurnalistlər daxil olmaqla minlərlə insan saxlanıb. Bir neçə etirazçı zorakılıqlar zamanı həlak olub, hüquq-müdafiə təşkilatları saxlananlara işgəncə verildiyinə mötəbər dəlil olduğunu deyirlər.

Lukaşenka isə müxalifətlə danışıqlara getmir, istefaya getməkdən, seçki keçirməkdən imtina edir.

Avropa Birliyi, Birləşmiş Ştatlar, Kanada və digər ölkələr Lukaşenkanı Belarusun legitim lideri kimi tanımaqdan imtina edib. Ona və Belarusun bir sıra rəsmilərinə seçkinin “saxtalaşdırılmasına”, seçkisonrası zorakılığa cavab olaraq sanksiyalar açıqlanıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG