Keçid linkləri

Təcili xəbərlər
2021, 07 Mart, bazar, Bakı vaxtı 03:58

Almaniya Belarusa 21 milyon avro ayırır


Almaniyanın xarici işlər naziri Hayko Mass "Belarusla həmrəylik" onlayn konfransında çıxışı zamanı vətəndaş cəmiyyətinin inkişafı üçün Belarusa 21 milyon avro ayrılacağını deyib. O, həm də Belarusda insan hüquqlarının pozulması ilə bağlı faktların topalması mexanizminin yaradılacağını vurğulayıb.


Hayko deyib ki, bu yardımların bir hissəsinin stipendiya formasında etiraz aksiyalarında iştirak etdiyinə görə, təhsil ocaqlarından kənarlaşdırılan gənclərə verilməsi planlaşdırılır.

«Biz müstəqil KİV-i dəstəkləyəcəyik. İçgəncə qurbanlarına psixoloji yardımlar göstərəcəyik və təqib olunan belarusluları Almaniyada sığınacaqla təmin edəcəyik», –deyə Hayko Mass bəyan edib.

Fevralın 6-da Almaniya kansleri Angela Merkel də Belarusdakı vəziyyətlə bağlı fikirini bildirib. O, bir daha Avropa Birliyi və Almaniyanın Belarusdakı prezident seçkisinin nəticəsini tanımadığını xatırladıb.

« Almaniya və Avropa Birliyi, Belarusda insan haqlarının pozulmasına cavabdeh olanların məsuliyyətə cəlb olunmasına çağırmaqda davam edəcəklər, necəki biz artıq AB-nin sanksiyalarını qəbul etdik ”deyə Angela Merkel vurğulayıb.

Merkel etiraz aksiyasının iştirakçılarına həmrəyliyini bildirib.

"Onlar ölkələrindəki siyasi dəyişikliklər və seçki saxtakarlığına qarşı çıxmaq üçün dinc nümayiş keçirilər" - “Lakin Aleksandr Lukaşenkanın rəhbərlik etdiyi dövlət rəhbərliyi dinc nümayişlərə yalnız bir cavab bilir - zorakılıq. Deyəsən ölkə səlahiyyətliləri dünyanın bu cəsur insanları tezliklə bir daha unutacağına ümid edirlər. Buna heç bir şəkildə icazə verməməliyik. "

Merkel Minsk rəhbəliyini tez bir zamanda represiyaları dayandırmağa və siyasi məhbusları azad etməyə çağırır.

Avropa İttifaqı Minsk əleyhinə indiyə qədər 3 sanksiya paketi imzalayıb, bu da Lukaşenka və güc strukturları rəhbələrinin də daxil olduğu 84 dövlət məmurunu əhatə edib. Onların Avropaya səfələrinə və bank köçürmələrinə qadağa qoyulub.

Belarus Prezidenti administrasiyası daxil olmaqla daha 7 hüquqi şəxsə qarşı da sanksiyalar tətbiq edilib.

2020-ci il avqustun 9-da Belarusda prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Lukaşenko bu seçkidə 80,10 faiz, onun rəqibi Svetlana Tixanovskaya isə 10,12 faiz səs toplayıb. Seçkinin nəticələrinin elanından sonra vətəndaşlar elə həmin gündən etirazlara başlayıblar.

XS
SM
MD
LG