Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:55

Tixanovskaya yenə Qərbə müraciət edir


Minskdə etiraz aksiyası, 26 yanvar, 2021-ci il
Minskdə etiraz aksiyası, 26 yanvar, 2021-ci il

Yanvarın 27-də AB-nin xarici işlər nazirlərinin qatıldığı onlayn tədbirdə çıxış edən Tixanovskaya bloku Lukaşenka və müttəfiqlərinə qarşı dördüncü sanksiya paketinin təsdiqlənməsini sürətləndirməyə çağırıb

Belarusun müxalifət lideri Svetlana Tixanovskaya Avropa Birliyini və Birləşmiş Ştatları Alyaksandr Lukaşenkanın idarəçiliyinə son qoymaq üçün “daha cəsur və güclü” addımlar atmağa çağırıb.

Yanvarın 27-də AB-nin xarici işlər nazirlərinin qatıldığı onlayn tədbirdə çıxış edən Tixanovskaya bloku Lukaşenka və müttəfiqlərinə qarşı dördüncü sanksiya paketinin təsdiqlənməsini sürətləndirməyə çağırıb. O həmçinin insan haqları pozuntularına yol verənlərlə bağlı beynəlxalq təhqiqat aparmağa, məsuliyyət daşıyanları terrorçu kateqoriyasına salmağa səsləyib.

“Beynəlxalq reaksiya elə də güclü deyil”, – “AB və Belarus 2021-ci ildə” adlı onlayn müzakirəyə qatılmış Tixanovskaya deyib. O, 9 avqust seçkisindən sonra təhlükəsizlik məsələləri ilə əlaqədar Litvaya gedib.

Müxalifət seçkinin saxtalaşdırıldığını, Tixanovskayanın qalib gəldiyini deyir. Seçkidən sonra Belarusda etirazlar səngimir, onminlərlə etirazçı küçələrə çıxaraq Lukaşenkanın istefasını tələb edir. Təhlükəsizlik əməkdaşları isə minlərlə etirazçını saxlayıb, aparıcı müxalifətçiləri ölkədən çıxmağa məcbur edib.

Etirazlarda öldürülənlər də olub, bəzi insan haqları qrupları saxlananlara işgəncə verilməsinə mötəbər dəlillər olduğunu bildirirlər.

Lukaşenka isə hansısa yanlışa yol vermədiyini deyir, müxalifətlə danışıqlara getməkdən, istefa verməkdən, yeni seçki keçirməkdən imtina edir.

Avropa Birliyi, Birləşmiş Ştatlar, Kanada və digər ölkələr Lukaşenkanı Belarusun lideri kimi tanımır, ona və aparıcı məmurlarına seçkinin “saxtalaşdırılması”, etirazların zorakılıqla yatırdılmasına görə sanksiyalar qoyub.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG