Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:54

İnsan alverində uşaqların çəkisi artır


Arxiv fotosu
Arxiv fotosu

Aşkarlanan qurbanların 50 faizi cinsi istismar məqsədilə istifadə olunub. 38 faiz məcburi əmək, altı faiz məcburi kriminal fəaliyyətə cəlb edilib

İnsan alverinin aşkarlanan qurbanları içində uşaqların payı üç dəfə artıb. Son 15 ildə insan alverinin qurbanına çevrilmiş oğlanların sayı isə 5 dəfə yüksəlib. Qızlar adətən cinsi istismara, oğlanlar isə məcburi əməyə cəlb olunurlar. BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin fevralın 2-də yaydığı “İnsan alveri qurbanları üzrə qlobal hesabat”da belə deyilir.

2018-ci ildə 148 ölkədə 50 minədək insan alveri qurbanı aşkarlanaraq barələrində məlumat verilib. Ancaq bu cinayətin təbiətini nəzərə alsaq, qurbanların əsl sayının daha yüksək olduğu bildirilir.

Qadınlar, uşaqlar

Hesabatda deyilir ki, qadınlar insan alverinin əsas hədəfləridir. 2018-ci ildə dünyada hər 10 qurbandan beşi yetkin yaşlı qadın, ikisi isə gənc qızlar olub. İnsan alveri qurbanlarının 20 faizə qədəri isə yetkin yaşlı kişilər, 15 faizi gənc oğlanlar idi.

Bundan başqa, son 15 ildə aşkarlanan qurbanların sayı artıb, onların profili də dəyişib. Yetkin yaşlı qadınların payı 70 faizdən 2018-ci ildə 50 faizə düşüb, uşaqların payı isə 10 faizdən 30 faizə qalxıb. Yetkin yaşlı kişilərin payı iki dəfəyədək artıb, 10 faizdən 2018-ci ildə 20 faizə yüksəlib.

Ümumilikdə, aşkarlanan qurbanların 50 faizi cinsi istismar məqsədilə istifadə olunub. 38 faiz məcburi əmək, altı faiz məcburi kriminal fəaliyyətə cəlb edilib. Bir faiz dilənçiliyə, ondan da azı məcburi nikaha, orqan çıxarılmasına vadar edilib.

Uşaq dilənçilər insan alverinin qurbanıdır?
Gözlə

No media source currently available

0:00 0:01:36 0:00

Məcburi əmək

Hesabatda deyilir ki, son on ildən artıq bir müddətdə məcburi əməyə cəlb olunanların payı davamlı artıb. Qurbanlar bir sıra iqtisadi sektorlara cəlb edilib.

İnsan alverinə görə mühakimə olunan, təqsirli bilinənlərin çoxu kişilərdər, uyğun olaraq 64 və 62 faiz. Onlar mütəşəkkil qrup üzvləri də ola bilərlər, özbaşına, yaxud kiçik qruplarla işləyən fərdlər də.

Qurumun bildirməsinə görə, insan alverçiləri qurbanlara insan ləyaqəti və hüquqlarına məhəl qoymadan əmtəə kimi baxırlar. Onlar insanları on dollardan tutmuş on minlərlə dollara qədər fərqli qiymətə satırlar və kriminal təşkilatlar bundan böyük gəlir götürürlər.

Daha bir maraqlı məqam isə alverçilərin texnologiyanı öz biznes modellərinə inteqrasiya etməsidir. Uşaqların çoxuyla sosial media vasitəsilə əlaqə yaradılır. Uşaqlar qəbul olunmaq, diqqət və dostluq axtarışında olduqlarından asan hədəfə çevrilirlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG