Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:29

Azərbaycanda ‘daha az’ insan alveri qurbanı aşkarlanır


Uşaq əməyi, arxiv fotosu
Uşaq əməyi, arxiv fotosu

Azərbaycan hökuməti insan alverinin ləğvi üçün minimum standartlara belə cavab vermir, ancaq bu istiqamətdə çalışır. Bu cəhdlərə misal olaraq daha çox insan alverçisinin məhkum edilməsi, onlara qarşı daha sərt cəzanın çıxarılması üçün hakimlərə göstəriş verilməsi göstərilə bilər. ABŞ Dövlət Departamentinin “2020-ci il İnsan Alveri” hesabatında belə deyilir.

Daha az qurban aşkarlanıb

Hesabatda qeyd olunur ki, Azərbaycanda bu sahədə çalışan vətəndaş cəmiyyətinə qrantlar ayrılır, qurbanların qorunmasından ötrü maliyyə artırılır, insan alveri ilə mübarizə aparan QHT rəhbərlərinin işi dəstəklənir.

“Ancaq hökumət əvvəlki hesabat dövrüylə müqayisədə cəhdlərini ümumilikdə artırmayıb. Daha az qurban aşkarlanıb, həssas əhali qrupları mütəmadi yoxlamadan keçirilmir... 2019-2023-cü illər üçün milli fəaliyyət planı qəbul olunmayıb”, – hesabatda vurğulanır.

Azərbaycan artıq ikinci ildir hesabatda İkinci Müşahidə qrupuna salınır.

Hesabatda Azərbaycana tövsiyələr sırasında insan alverçilərinin təqib və mühakimə olunması; məhkum olunanlara adekvat cəza, o cümlədən həbs cəzası verilməsi; özəlliklə daxili insan alveri, məcburi əmək və uşaq alveri cəhdlərinin aşkarlanmasının gücləndirilməsi; insan alveri halları üzrə müstəntiqlərə, prokurorlara, hakimlərə təlim keçilməsi və sairə yer alıb.

Ümumilikdə, Azərbaycan hökumətinin qurbanların qorunmasını gücləndirdiyi vurğulanır. Ötən il 91, 2018-ci ildə isə 98 qurban aşkarlanıb. Onlardan 85-i cinsi istismar qurbanı qadınlar, altısı məcburi əməyin kişi qurbanları, ikisi əcnəbi, biri uşaq olub.

Məcburi əmək və cinsi istismar

Hesabata görə, son beş ildə insan alverçiləri əsasən Azərbaycandakı yerli və əcnəbi qurbanları istismar ediblər. Ölkə içində, eləcə də Qətər, Rusiya, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) məcburi əməyə azərbaycanlı kişilər və oğlanlar cəlb olunur.

Bundan başqa, azərbaycanlı qadınlar və uşaqlar ölkə daxilində, həmçinin İran, Malayziya, Qətər, Rusiya, Türkiyə və BƏƏ kimi ölkələrdə cinsi istismar olunur.

Azərbaycanın Çin, Rusiya, Tacikistan, Türkmənistan, Ukrayna və Özbəkistandan cinsi istismar və məcburi əmək qurbanları üçün təyinat (idxal) ölkəsi olduğu bildirilir. Bundan əlavə, Azərbaycan Orta Asiyadan İran, Türkiyə və BƏƏ-yə aparılan cinsi istismar və məcburi əmək qurbanlarından ötrü tranzit ölkəsi kimi istifadə olunur. “Ölkə içində uşaqlar məcburi dilənçiliyə, məcburi əməyə cəlb olunur, yol kənarında alver edir, çay evlərində, şadlıq evlərində işlədilir”, – hesabatda vurğulanır.

Bu il mayın 19-da Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, Daxili İşlər nazirinin birinci müavini, polis general-mayoru Seyfulla Əzimov parlamentə illik hesabat təqdim edib. Milli koordinatorun sözlərinə görə, ötən 15 ildə qeydə alınmış 1514 insan alveri və məcburi əmək cinayəti üzrə 570 şəхs cinayət məsuliyyətinə cəlb оlunub, 976 qurban müəyyən edilib. O, növbəti illərdə qarşıda duran hədəflər də sadalayıb. Bu hədəflər cinayət təqibinin, əməliyyat-axtarış fəaliyyətinin, maarifləndirmə işinin, qurbanların müdafiəsi və sosial reabilitasiyası üzrə fəaliyyətin səmərəsini daha da artırmaq, beynəlxalq əməkdaşlığı inkişaf etdirməkdir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG