Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:40

Siyasətçinin qətlinə görə ömürlük həbs cəzası


Arxiv fotosu
Arxiv fotosu

Son illər Almaniyada ifrat sağçı siyasətə dəstək artıb, özəlliklə də keçmiş kommunist şərqində

Almaniyada məhkəmə 2019-cu ildə miqrantları dəstəkləyən siyasətçinin qətlində təqsirli bilinmiş ifrat-sağçını ömürlük həbsə məhkum edib. Bu qətl ölkədə sağ qanad ekstremizmi təhlükəsinin artdığını üzə çıxarmışdı.

Yanvarın 28-də Frankfurt məhkəməsi Stefan Ernesti xristian-demokratlardan regional şura sədri Volter Luebkenin qətlində təqsirli bilib, qətlin “irqçilik və ksenofobiya” zəmində törədildiyini bildirib.

Digər təqsrirləndirilən Markus Hartman isə silah saxlamada təqsirli bilinərək ilyarım həbsə məhkum edilib.

Hər iki təqsirləndirilənin ifrat sağçı olduqları bildirilir.

Merkeli dəstəkləyib

65 yaşlı Luebke mərkəzi Hessen vilayətində Kassel şəhərinin regional şura rəhbəri idi. O, Kansler Angela Merkelin mühafizəkar Xristian-Demokratik Birlik partiyasının üzvü olub, 2015-ci ildə kanslerin ölkəyə miqrantları qəbul etmək çağırışını dəstəkləyib.

Siyasətçi 2019-cu ilin iyununda evinin eyvanında yaxın məsafədən başından vurulub. O, onillərdən sonra Almaniyada qətlə yetirilən ilk vəzifəli siyasətçi idi.

47 yaşlı Ernst atəş açdığını etiraf edib, məhkəmə vaxtı siyasətçinin ailəsinə deyib: “Sizin başınıza gətirdiyimə görə çox üzr istəyirəm”.

Son illər Almaniyada ifrat sağçı siyasətə dəstək artıb, özəlliklə də keçmiş kommunist şərqində.

İfrat sağçı AfD partiyası ölkə parlamentinə düşmüş ən böyük müxalifət qrupudur.

Ötən ay məhkəmə ifrat sağçı silahlı Stefan Balieni 2-ci dünya müharibəsindən sonra ən ağır antisemitik hücumlardan birində təqsirli bildi.

Balie 2019-cu ilin oktyabrında Halle şəhərində sinaqoqa girə bilməyəndən sonra yoldan keçən qadını və kabab dükanında bir kişini öldürmüşdü.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG