Keçid linkləri

Təcili xəbərlər
2021, 23 Yanvar, şənbə, Bakı vaxtı 16:16

Sinaqoqa hücum edənə ömürlük həbs cəzası


Almaniyada antisemitizmin artmasına etiraz aksiyası. 2019-cu il

Ötən il Almaniyanın Halle şəhərində sinaqoqa hücumda təqsirli bilinən ifrat sağçı silahlıya ömürlük həbs cəzası kəsilib.

Dekabrın 21-də Maqdeburq şəhərində məhkəmə 28 yaşlı Stefan Balieni cinayətdə təqsirli sayıb, o, 15 ildən sonra da vaxtından əvvəl azadlığa buraxıla bilməz.

Balie 2019-cu il oktyabrın 9-da yəhudilərin mərasim keçirdiyi sinaqoqa girməyə çalışdığını boynuna alıb.

Ağır qapının rəzəsini sındıra bilmədiyindən yaxınlıqdan keçən qadını və kababxanadakı kişini öldürüb.

Bu, 2-ci Dünya müharibəsindən bəri Almaniyada ən ağır antisemit hücumlardan sayılır.

Beş aylıq istintaq dövründə Balie hücuma görə peşmançılıq çəkmədiyini deyib, Holokostu inkar edib.

Son illər Almaniyada yəhudilərə və iudaizmə qarşı cinayətlər artır. İfrat sağçıların törətdikləri terror hücumlarından sonra hökumət ifrat-sağçı ekstremizmə qarşı tədbirləri gücləndirməyi vəd edib.

XS
SM
MD
LG