Keçid linkləri

Təcili xəbərlər
2021, 28 Fevral, bazar, Bakı vaxtı 11:47

20 Yanvardan 31 il ötür


Sovet qoşunları Bakıya belə girdi
Gözlə

No media source currently available

0:00 0:03:12 0:00

Sovet qoşunları Bakıya belə girdi

Ziyarət davam edib

Şəhidlər xiyabanında 1990-cı il yanvarın 20-də həlak olanların xatirəsini siyasi partiyaların təmsilçiləri də yad ediblər. Onlar da 31 il öncə həlak olan insanların qəbirləri üzərinə qərənfillər düzüblər.

Bu gün, yanvarın 20-də gün ərzində xiyabana ziyarət davam edib.

Bir dəqiqəlik sükut

Bakı vaxtı ilə saat 12:00-da Azərbaycanda 1990-cı il yanvarın 20-də həlak olan insanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Bir çox yerlərdə nəqliyyatın hərəkəti dayandırılıb, gəmilərdən, avtomobillərdən səs siqnalları verilib, hüzn əlaməti olaraq dövlət bayraqları endirilib.

Yanvarın 20-də səhər saatlarından başlayaraq Şəhidlər xiyabanını ziyarət edən insanlar o vaxt həlak olanların xatirəsini ehtiramla anır, məzarları üzərinə qərənfillər düzürlər.

Prezident Şəhidlər xiyabanında

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanında 1990-cı il yanvarın 20-də həlak olanların xatirəsini yad ediblər.

Dövlət başçısı "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.

Daha sonra isə Müdafiə Nazirliyinin əlahiddə nümunəvi hərbi orkestrinin ifasında Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

+++

Azərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş qırğından 31 il keçir.

Həmin hadisələrdən sonra hər il yanvarın 20-də Azərbaycanın hökumət, dövlət nümayəndələri, siyasətçilər, diplomatik korpusun təmsilçiləri, sıravi vətəndaşlar 20 Yanvar faciəsinin qurbanlarının dəfn olunduğu Şəhidlər xiyabanını ziyarət ediblər. Amma bu il COVID-19 pandemiyası ilə bağlı ziyarətçilərin Şəhidlər xiyabanına, əvvəlki illərdə olduğu kimi, böyük dəstələrlə yox, beş nəfərlik qruplar şəkilində buraxılacağı açıqlanıb.

Şəhidlər Xiyabanı yenə qərənfillər içində
Gözlə

No media source currently available

0:00 0:01:01 0:00

Şəhidlər xiyabanını ziyarətdə məhdudiyyət olacaq

2021-ci il yanvarın 20-də Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını vətəndaşların ziyarəti əvvəlki illərdən fərqli təşkil ediləcək.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilir. Məlumata görə, bu, koronavirus infeksiyasının geniş yayılmasının qarşısını almaq məqsədi ilə edilir.

Məlumatda vurğulanır ki, Şəhidlər xiyabanına gəlmək istəyən ziyarətçilər mütləq qaydada tibbi maskadan istifadə etməli və sosial məsafənin qorunması üçün beş nəfərdən artıq qruplarda toplaşmamalıdırlar.

Nazirlikdən vurğulandığına görə, insanlar xiyabana beş nəfərlik qruplarla daxil olaraq, dayanmadan ziyarətlərini başa vurub ərazidən uzaqlaşmalıdırlar.

Məlumatda xiyabanın daxilində və kənarda insanların toplaşması yolverilməz sayılır.

Koronavirus pandemiyası ilə bağlı ötən il martın 24-dən Azərbaycanda karantindir. Karantin qaydalarına görə, kütləvi toplantılara icazə verilmir.

Xatırlatma

31 il öncə, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ Silahlı Qüvvələri Bakıda qırğın törədib. Bu hadisələr nəticəsində 140-a yaxın şəxsin həlak olduğu, 700-dən çoxunun yaralandığı, 1000-dən çox insanın isə həbs edildiyi bildirilir.

O vaxtdan hər il yanvarın 20-si Azərbaycanda faciə qurbanlarının anım mərasimləri keçirilir. Həmin hadisələrdə həlak olanlar Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizlər kimi dəyərləndirilir.

XS
SM
MD
LG