Keçid linkləri

Təcili xəbərlər
2021, 20 Yanvar, çərşənbə, Bakı vaxtı 16:57

Cek Madan iki aydır xəbər yoxdur


Cek Ma

Ma sonuncu dəfə oktyabrın sonunda Şanxayda forumda görünüb, orada Çinin tənzimləyici sistemini tənqid edib

Çinli milyarder, Alibaba şirkətinin qurucusu Cek Ma iki aydır ictimaiyyət arasında görünmür, harada olduğu bəlli deyil. Bu arada Pekin milyarderin biznes imperiyasını sıxışdırmaq üçün addımlar atır.

Ma sonuncu dəfə oktyabrın sonunda Şanxayda forumda görünüb, orada Çinin tənzimləyici sistemini tənqid edib. Bundan sonra rəsmilər Alibaba-nın “Ant Group” törəmə şirkətinin səhmlərini ilkin bazarda açıq satışa çıxarılmasını təxirə saldı.

Çin Kommunist Partiyası tənqidə dözümsüz yanaşır və ölkə rəhbərliyi ilə bağlı tənqidi informasiyanı senzura edir.

Ma noyabrda sahibkarlar üçün şounun yekununda münsif heyətindən də kənarlaşdırılıb.

Alibaba-nın sözçüsü yanvarın 4-də “Reuters” agentliyinə deyib ki, bu dəyişiklik qrafikdə toqquşma ilə bağlıdır və əlavə şərh verməyib.

Manın çıxışından sonra Çində tənzimləyici orqanlar Alibaba şirkətilə bağlı antiinhsar araşdırmasına start verdi.

Şərhlər

XS
SM
MD
LG