Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:01

İki il həbsdə saxlandıqdan sonra təqsirsizliyi üzə çıxdı


Qandal
Qandal

Bakı sakini Elvin Heybətəliyev iki ilə yaxın həbsdə saxlanandan sonra onun təqsirsiz olduğu ortaya çıxıb. O, bəraət hökmü ilə azadlığa buraxılıb.

2019-cu il oktyabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində İlham Mahmudovun sədrlik etdiyi hakimlər kollegiyası onu təqsirli bilərək 5 il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Bakı Apellyasiya Məhkəməsi isə bunu ləğv edərək bu il dekabrın 2-də bəraət hökmü çıxarıb.

191 manat öz qazancı olub

30-yaşlı E.Heybətəliyev 2019-cu il yanvarın 3-də Xocasən qəsəbəsində, Binəqədi rayon Polis İdarəsinin 40-cı polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Ona qarşı CM-in 234.4.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədilə narkotik əldə etmə, saxlama) maddəsi ilə ittiham irəli sürülüb.

E.Heybətəliyev Bakı Ağır Cinayətlər Məhkəməsində çıxışında da deyib ki, bu ittihamın ona aidiyyəti yoxdur, nə kimsə ilə əlbir olub, nə də narkotik satmaq fikri olub. Onun sözlərinə görə, Xocasən qəsəbəsində İlham Məmmədyarovun şəxsi həyətində işləyib, tutulanda üstündən çıxan 191 manat da öz qazancı olub. Amma istintaq orqanı da, birinci instansiya məhkəməsi də o pulu narkotik satışından əldə olunan vəsait kimi təqdim edib.

E.Heybətəliyevin müdafiəçisi Elnur Salmanov bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxs tutularkən prosessual qanunvericiliyin bir sıra tələbləri pozulub. Müdafiəçinin sözlərinə görə, bu işdə hal şahidi qismində tanınıb ifadələrində Elvinin cibindən narkotik tapıldığını təsdiqləyən Qalib Hüseynov bundan əvvəl 11, Vəli Məhərrəmov isə 10 cinayət işində eyni statusla iştirak edib: "Elvinə bir qrup şəxslə əlbir olmaq ittihamı irəli sürülüb. Bir qrup şəxs kimdir? Təhqiqatçı Aftandil Bayramov hadisə yerində olmadığı halda, protokolu necə tərtib edib? Təhqiqatçının hadisə yerində olmaması iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələri, "şübhəli şəxsin tutulması haqqında" qərarla da təsdiqlənir”.

Hal şahidləri

Azərbaycanda xüsusən narkotiklə bağlı cinayət işlərində eyni şəxslərdən hal şahidi kimi istifadə olunması yayğın təcrübədir. Ali Məhkəmə bir neçə qərarında da bu halı qeyd edib.

36-yaşlı Ricad Kazımov haqqında Ali Məhkəmənin qərarında yazılıb ki, onun işində hal şahidliyi edən İntiqam Kərimov, azı, 43 müxtəlif cinayət işlərində eyni rolda iştirak edib. O, Yasamal rayon Məhkəməsində baxılan 37 cinayət işində, Suraxanı rayon Məhkəməsindəki iki cinayət işində, Xətai rayon Məhkəməsindəki dörd cinayət işində hal şahidi kimi dindirilib.

Digər hal şahidi Dərgah Quliyev də onlarla işdə hal şahidliyi edib.

Adları çəkilən hal şahidlərindən ictimai-siyasi fəalların (hüquq müdafiəçisi İntiqam Əliyev, Qiyas İbrahimov, Müsavat başqanının müavini Fərəc Kərimli, ilahiyyatçı Taleh Bağırov və s.) həbsi zamanı da istifadə olunub.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG