Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:33

Ermənistanda etiraz aksiyası gedir


Polis parlament binası qarşısında etirazçını saxlayır
Polis parlament binası qarşısında etirazçını saxlayır

Etiraz aksiyası zamanı onun iştirakçıları ilə hakim fraksiyanın deputatları Andranik Koçaryan və Sisak Gabrielyan arasında insident yaşanıb

Bu gün– dekabrın 28-də Ermənistanda parlamentin növbədənkənar sessiyası ilə eyni vaxtda parlament binası qarşısında müxalifətin etiraz aksiyası başlanıb.

“Daşnaksutyun” partiyasından Geqam Manukyan Azatutyun Radiosuna deyib ki, onlar deputatlardan “baş nazir kreslosunu qucaqlamış şəxsə etimadsızlıq göstərməyi” tələb edirlər.

Deputatları parlamentə buraxmaq istəməyiblər

“Bu gün parlamentin sonuncu iclasıdır və biz deputatlara tələblərimizi deməyə gəlmişik. Hakimiyyətin əlində silaha çevrilmiş hərbi vəziyyətin ləğvini tələb edirik. Onun yalnız bir məqsədi var –Nikol Paşinyana etimadsızlıq bildirməsini qanun çərçivəsində istisna etmək. Həmçinin Ermənistanın baş naziri kreslosunu qucaqlamış şəxsə etimadsızlıq göstərməyi tələb edirik”, – Manukyan deyib.

Etiraz aksiyası zamanı onun iştirakçıları ilə hakim fraksiyanın deputatları Andranik KoçaryanSisak Gabrielyan arasında insident yaşanıb.

Hakim “Mənim addımım” fraksiyasından deputat Ayk Sarqsyan deyib ki, etirazçılar deputatların parlament binasına girməsinə mane olmağa çalışıblar. O, polis rəisinə, Milli Təhlükəsizlik Xidmətinin direktoruna müraciət edərək Yerevanda ictimai asayişi tezliklə bərpa etməyə çağırıb.

Paşinyan xalqın qərarı vəzifədən getməyə hazır olduğunu deyir

Ermənistanda dövlət çevrilişi ssenarisini istisna etmək lazımdır. Bunu isə Baş nazir Nikol Paşinyan İctimai Televiziyaya müsahibəsində deyib.

“Mən niyə məsləhətləşmələrə çağırıram? Bir sadə səbəbə görə, qərarı təkcə hökumət, yaxud parlament çoxluğu verməsin, onunla bağlı ictimai anlayış əldə olunsun”, – Paşinyan vurğulayıb.

Müxalifət Qarabağ müharibəsinin nəticələrinə görə Paşinyanın məsuliyyət daşıdığını deyir, onun istefasını tələb edir. Baş nazirsə dekabrın 25-də Facebook səhifəsində yazıb ki, 2021-ci ildə vaxtından əvvəl parlament seçkilərinin keçirilməsi üçün parlament və parlamentdən kənar maraqlı qüvvələri məsləhətləşməyə dəvət edir.

Paşinyan baş nazir kreslosundan yapışmadığını, ancaq “xalqın ona verdiyi vəzifəyə laqeyd yanaşa bilməyəcəyini” də sözlərinə əlavə edib. O, xalqın qərarı vəzifədən getməyə hazır olduğunu deyib.

Bu il noyabrın 10-da Azərbaycanla Ermənistan arasında atəşkəs elan olunub. Azərbaycan 44 günlük müharibə ilə, noyabrın 9-dək tutduğu mövqelərdə qalıb. Ermənistanın 1994-cü ilədək işğal etdiyi yeddi rayona nəzarət Azərbaycan ordusuna keçsə də təmas xəttinə 2 minədək Rusiya sülhməramlısı yerləşdirilib. Qarabağın bəzi hissələrinə erməni və rus qüvvələri nəzarət edir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG