Keçid linkləri

Təcili xəbərlər
2021, 23 Yanvar, şənbə, Bakı vaxtı 16:12

Azərbaycanda yaşayış minimumu nə qədər olmalıdır? 


Azərbaycan manatı və ABŞ dolları, arxiv foto

Dekabrın 25-də Milli Məclisin iclasında müzakirəyə çıxarılmış 2021-ci ilin dövlət büdcəsində yaşayış minimumu ölkə üzrə 196 manat müəyyən edilib. Əmək qabiliyyətli əhali üzrə 207, pensiyaçılara 162, uşaqlar üçün isə 175 manat proqnozlaşdırılır. Bu da 2020-ci illə müqayisədə müvafiq olaraq orta hesabla 6 manat və ya 3,1 faiz çoxdur.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Məlahət İbrahimqızı “Turan” İnformasiya Agentliyinə bildirib ki, hökümət çox istərdi ki, qeyd olunan məbləğ daha çox olsun:

“Bu gün ölkəmizin üzərində ağır yük var”

Məlahət Həsənova, 2018
Məlahət Həsənova, 2018

«Nə qədər çox olsa o qədər yaxşıdır. Amma bu gün ölkəmizin üzərində ağır yük var. Düzdür, bu dövlətimiz üçün şərəfli yükdür, xalqımız möhtəşəm qələbə qazanıb ( sentyabrın 27-dən noyabrın 10 -na kimi çəkən İkinci Qarabağ savaşını nəzərdə tutur) və 30 ilin ağır problemi həll olundu. Lakin müharibədən sonra ölkədə minlərlə şəhid ailələri, qazilər, müharibə iştirakçıları var və biz ilk növbədə onları düşünməliyik. Bu gün bizə bu sevinci onlar yaşadıblar. Onların hamısına müavinət veriləcək».

Deputat bəzi xarici ölkələrin mübaribədən sonrakı təcrübəsini misal gətirib: «İkinci dünya müharibəsindən sonra Almaniyada on il vətəndaşlara maaş yalnız zəruri ehtiyaclarını ödəmək məbləğində ödənilirdi. Ona görə də illər sonra Almaniya inkişaf etmiş ölkələrdən biri oldu. Yaponiyada da belə olmuşdu. Qardaş Türkiyədə kənddə camaat öz mal-qaranı kəsib dövlətə vermişdi ki, dəstək olsun. Bu gün dövlət bizdən bunu tələb eləmir. 2019-cu ildə dövlət büdcəsi müzakirə olunanda biz bilmirdik ki, 2020-ci ildə koronavirus, müharibə olacaq. Lakin buna baxmayaraq ölkəmiz bu sınaqlardan üzüağ çıxdı. Aclıq, böhran olmadı».

“Pandemiya hələ də hökm sürür”

M.İbrahimqızı vurğulayıb ki, koronavirus pandemiyası da iqtisadiyyata və sosial layihələrə ciddi təsir göstərir:

«Bütün dünyada bu pandemiya hələ də hökm sürür. Ən inkişaf etmiş ölkələrdə belə iqtisadiyyata ciddi təsiri var. Lakin Azərbaycan cari ildə bu sınaqdan demək olar ki, itkisiz çıxdı».

Ermənistan əhalidən pul toplamağa hazırlaşır: müharibədə həlak olanlar və əlillərə müavinət yığılır
Gözlə

No media source currently available

0:00 0:09:49 0:00

“Neftin qiyməti iki ildir aşağı düşüb”

Deputat deyib ki, 196 manatın kifayət olub-olmaması məsələsi barədə danışanda onun hansı fonunda olmasına baxmaq lazımdır:

«Sülh, rahat vəziyyətdə, neft 125 dollar olanda, əlbəttə ki, belə bir dövrdə 196 yox, 396 manat da azdır. Amma indi vəziyyət belə deyil. Neftin qiyməti iki ildir aşağı düşüb, Azərbaycanda isə hələ də neftdən aslılıq var, nailiyyətlər olsa da qeyri-neft sektorunu yetərincə inkişaf etdirə bilməmişik. Bir azdan bütün məsələlər yola düşəndə biz nəyinki 196, hətta 396 manatla kifayətlənməyəcəyik. Bunun üçün isə biz bir olmalıylq, müharibə dövrdəki kimi bir yumruq kimi birləşməliyik»

“... Hər şey çox gözəl olacaq»

M.İbrahimqızı əminlik ifadə edib ki, yaxın vaxtlarda Azərbaycanda vəziyyət yaxşılaşacaq:

«Bizim gələn ildə bir nömrəli vəzifəmiz Qarabağ quruculuğu olmalıdır. Bizim Qarabağdakı rayonlarımız, kəndlərimiz darmadağın olunub. Bu ərazilərin böyük hissəsinin quruculuq işləri tam bitməsə də, heç olmasa şəhərlərdə infrastruktur yaradılsın. Qarabağda quruculuq işləri bitəndən sonra orada çoxlu sayda iş yerləri yaradılacaq. Hətta iş başlayanda iş yerləri yaradılacaq və artıq yaradılıb. İndi yollar çəkilir, o işə də çoxlu sayda fəhlə, mühəndis cəld olunub. Qarabağda quruculuq məsələsi çox böyük vizion açır. Ermənistan taxıl tələbatının böyük hissəsini Qarabağdan gətirilən taxıl hesabına ödəyirdi”

Deputatın fikrincə, bundan sonra işğaldan azad edilən ərzilər Azərbaycana gəlir gətirəcək:

“ Qarabağ təbii resurslarla da zəngindir. Bir il bir az çətinliklər olacaq. Sonra isə hər şey çox gözəl olacaq».

“Nazirlər Kabineti hər il normativləri yeniləməlidir”

Qubad İbadoğlu
Qubad İbadoğlu

İqtisadçı Qubad İbadoğlu isə AzadlıqRadiosuna bildirib ki, yaşayış minimumun dəyərini hesablamaq üçün Nazirlər Kabineti normativlər təsdiq edib:

«Bu normativlər əsasında yaşayış minimumu hesablamaq üçün ərzaq, qeyri-ərzaq, həmçinin xidmət qrupları üzrə normalar müəyyənləşdirilib. Həmin normalar əsasında əmək qabiliyyəti olanlar, təqaüdçülər, uşaqlar üçün və bütövlükdə ölkə üzrə yaşayış minimumunun dəyəri hesablanır. Bu normativlərə tez-tez baxılmalıdır. Çünki bu normativlər yaşayış minimumun dəyərini hesablamaq üçün əsasdır və ona təsir göstərən başlıca faktordur. Nazirlər Kabineti sosial-iqtisadi tərəqqinin və inflyasiyanın xarakterini nəzərə alaraq hər il normativləri yeniləməlidir. Təəsüf ki, bunu çox gec edirlər».

“Beş ildən sonra yox»

Nazirlər Kabineti, arxiv foto
Nazirlər Kabineti, arxiv foto

İqtisadçı qeyd edib ki, axırıncı dəfə Nazirlər Kabineti 2016-cı ildə Azərbaycanda minimum istehlak səbətinin tərkibini müəyyənləşdirib: “Burada normativlər çox aşağı götürülüb. Məsələn gündəlik internetdən istifadəsi üçün 1 saat götürülüb. Halbuki indi pandemiya dövrüdür və dərslər online aparılır. Həmçinin pandemiya dövründə enerjidən, qazdan və rabitətə xidmətindən istifadə tələbatı artıb, amma bütün bunlar yaşayış minimum dəyərinin hesablamasında nəzərə alınmayıb. Minimum istehlak səbətinin tərkibiniə hər il yenidən baxmaq lazımdır, beş ildən sonra yox».

Q.İbadoğlunun fikrincə, yaşayış minimumu paytaxt Bakı ilə digər rayonlarda eyni ola bilməz: «Rayonlar və Bakı ayrıca hesablansa daha düzgün olardı. Lakin bunu etmirlər».

İqtisadçı qeyd edib ki, 0-15 yaşlı uşaqları üçün eyni yaşayış minimunun dəyəri götürülür:

«Bu düzgün deyil. «0-6 yaşında uşaqların ehtiyacı başqadır, 6-10 yaşında başqadır, 10-15 yaşlı uşağın ehtiyacı başqadır. Belə olan halda necə olur ki, bütün yaş qrupları üçün bir dənə yaşayış minimumun dəyəri müəyyənləşdirilir? Gələn il uşaqlar üçün yaşayış minumum səviyyəsi 175 manat məbləğində müəyyənləşdirilib. Bizim alternativ hesablamalarımıza görə isə onlar üçün bu rəqəm 250 manatdan yuxarıdır».

Keçmiş ABŞ diplomatı:"Laçın dəhlizi Rusiyanın test ərazisi olacaq"
Gözlə

No media source currently available

0:00 0:04:22 0:00

İqtisadçı bildirib ki, yaşayış minimumun dəyəri 196 manat olmalı deyil,minimum 300 manat səviyyəsində olmalıdır:

“ Lakin təəssüf ki, bu təsdiq olunmur. Pandemiya ilində əhalinin dərmanlara, dezinfeksiya vasitələrinə xərcləri artıb, amma bu da nəzərə alınmır və 196 manat məbləğin içində qeyri-ərzaq payı cəmi 10 faizdir. Bu düzgün yanaşma deyil və normativlər yenidən baxılıb dəyişməlidir.”

XS
SM
MD
LG