Keçid linkləri

Təcili xəbərlər
2021, 16 Yanvar, şənbə, Bakı vaxtı 05:02

Mərkəzi Bank ‘qara bazar’la bağlı açıqlama yayıb


Mərkəzi Bank bu gün, dekabrın 26-da “qara bazar”la bağlı açıqlama yayıb
Açıqlamada qeyd edilib ki, Azərbaycan Mərkəzi Bankı qanunvericiliklə nəzərdə tutulmuş qaydada valyuta mübadiləsi fəaliyyəti üzrə lisenziyaya malik olan banklar və valyuta mübadiləsi məntəqələri üzərində nəzarəti həyata keçirir:
“ Müvafiq lisenziya olmadan valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsi qanunvericiliyin tələblərinə ziddir və bu fəaliyyətin qarşısının alınması səlahiyyətli orqanlar tərəfindən təmin edilir”
Azərbaycanda 2015-ci ildə iki devalvasiya baş verib. Nəticədə manat dollar qarşısında iki dəfə dəyər itirib. Bundan sonra ölkədə valyua dəyişmə məntəqələrinin fəaliyyəti dayandırılıb. Həmin işi indi banklar özləri həyata keçirirlər. Ölkədə istər əvvəlki illər, istərsə də indi valyuta satışı üzrə gizlin “qara bazarlar”ın fəaliyyət göstərdiyi bildirilib.
Son günlər ölkədə yenidən devalvasiyanın olacağı ilə bağlı iddialar eşidilir. Amma Mərkəzi Bank rəhbərliyi bəyan edib ki, hazırda devalvasiya üçün heç bir əsas yoxdur.

Şərhlər

Multimedia

XS
SM
MD
LG