Keçid linkləri

Təcili xəbərlər
2021, 21 Yanvar, Cümə axşamı, Bakı vaxtı 00:13

İşsizlər savaşa gedəndə müavinət alırmı?


Bayraq önündə hərbi salam verənAzərbaycan əsgəri

Sentyabrın 27-də başlayan, 44 gen çəkən İkinci Qarabağ müharibəsində Azərbaycan tərəfindən hərbi xidmətdə olanlarla yanaşı könüllü vətəndaşlar və qismən səfərbərliklə cəlb edilən şəxslər də iştirak edib.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 50.1 maddəsinə görə, həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlara mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq iş (təhsil) yerində orta əməkhaqqının ən azı üç misli məbləğində müavinət ödənilir. Həmin maddənin 2. bəndində isə qeyd edilir ki, vətəndaşlar ilkin hərbi qeydiyyata alınmaq və həqiqi hərbi xidmətə çağırılmaqla əlaqədar vəzifələrini yerinə yetirmək üçün lazım olan vaxtda daimi iş yerində orta əməkhaqqı saxlanılmaqla işdən (təhsildən) azad edilirlər.

Rəsmilər nə deyir?

Fazil Talıbov, 11 may 2010
Fazil Talıbov, 11 may 2010

Bəs daimi işi olmayan vətəndaşlar və onların ailəsi müharibə zamanı hər hansı müavinət alırmı?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov “Turan” agentliyinə bildirib ki, işsiz vətəndaşlar həm sosial müdafiə, həm də aktiv məşğulluq tədbirləri ilə əhatə olunurlar:

«Bu ilin ötən dövründə işsiz və xüsusi karantin rejiminə görə, gəlirini itirən qeyri-formal işləyən şəxslərdən ibarət 600 min şəxs birdəfəlik ödəmə (190 manat) proqramı ilə ( Bütün ölkə üzrə aprel və may aylarında.Daha sonra isə bir neçə dəfə karantinin sərtləşdirildiyi yerlərdə-red) əhatə olunub. Sərtləşdirilmiş karantin rejimi tətbiq olunan rayonlar üzrə 3-cü, 4-cü və hazırkı 5-ci dəfə birdəfəlik ödəmələr verilib. Bu məqsədlə ümumilikdə 350 milyon manatdan çox vəsait sərf olunub».

F. Talıbovun sözlərinə görə, eyni zamanda, hər hansı ailə aztəminatlıdırsa, belə ailələr üçün ünvanlı dövlət sosial yardımı proqramı fəaliyyət göstərir, hər bir aztəminatlı ailə bu proqrama müraciət edə bilər:

«Qeyd edim ki, pandemiya ( koronavirus) dövründə bu proqramının əhatə dairəsi genişləndirilib, əlavə artım 14 min ailə (58 min ailə üzvü) proqrama cəlb edilib. Bununla yanaşı, proqramın aztəminatlı ailələrə əlçatanlığının artırılması üçün qanunda da təkmilləşdirmələr aparılıb, sosial yardım almaq üçün şərtlər xeyli yumşaldılıb».

Şöbə müdiri qeyd edib ki, ödənişli ictimai iş yerlərinin sayı 38 mindən 90 minə çatdırılıb:

«Burada da məqsəd işsiz olan, peşə və ixtisası olmadığı üçün iş tapmaqda çətinlik çəkənlərin məşğulluq imkanlarının artırılması olub».

F. Talıbov vurğulayır ki, özünüməşğulluq proqramı bu il daha da genişləndirilib. Onun deməsinə görə, 2020-də minimum 12 min ailənin (50 min ailə üzvü) proqrama cəlb olunması işləri aparılır:

«Bu proqram da aztəminatlı ailələrədn olan işsiz şəxslərin nəinki məşğulluğuna, onların, kiçik bizneslərini yaratmalarına şərait yaradır».

"Yalnız bundan sonra..."

Ələsgər Məmmədli, 2 noyabr 2010
Ələsgər Məmmədli, 2 noyabr 2010

Hüquqşünas Ələsgər Məmmədli isə AzadlıqRadiosuna bildirib ki, daimi rəsmi iş yeri olmayan və hərbi xidmətə çağırılan, döyüş əməliyyatlarında iştirak edən şəxslərin ailəsi üçün hər hansı müavinətin alınması qanunda nəzərdə tutulmayıb:

«Azərbaycan qanunvericiliyinə uyğun, əgər hər hansı bir şəxs hərbi xidmətə cəlb olunursa o, hərbi xidməti bitirəndən sonra əvvəlki iş yerində işə davam edir. Amma əgər hərbi xidmətə gedərkən işsiz idisə və hansı formada işsizlik statusu ilə bağlı qeydiyyata düşməyibsə və məşğulluq sistemində müəyyən olunmuş standarta uyğun qeydiyyata alınmayıbsa o zaman o, hərbi xidmətdən sonra iş üçün yenidən müraciət edib, qeydiyyata düşüb işsiz statusunu almalıdır. Yalnız bundan sonra o, dövlətin müəyyən etdiyi müavinəti tələb edə bilər.”

Ordu niyə dörd rayonu da azad etmədi? İ.Əliyevin yaratdığı analitik mərkəzin sədri şərh edir
Gözlə

No media source currently available

0:00 0:36:44 0:00

“Kompensasiya şəklində müavinət nəzərdə tutulmayıb»

Azərbaycan manatı
Azərbaycan manatı

Onun qeyd etməsinə görə, yaxud da həmin şəxs hərbi xidməti bitirəndən sonra məşğulluq proqramlarına qoşula bilər:

“Amma ayrıca müharibə iştirak edir deyə, həqiqi hərbi xidmətdə olduğu dönəm üçün hansısa kompensasiya şəklində müavinət nəzərdə tutulmayıb».

“Dövlət həmin dövrdə bu şəxsə mütləq kömək etməlidir”

Ekspert hesab edir ki, həqiqi hərbi xidmətdə olan və müharibə zamanı döyüşlərə cəlb edilmiş şəxslər üçün kreditlərlə bağlı dövlət proqramı hazırlanmalıdır:

«Əgər əmək qabiliyyətli şəxs işlədiyi dövrdə kredit götürübsə, sonra isə dövlət tərəfindən orduya cəlb olunubsa o, müəyyən müddət işləməyəcək və krediti ödəyə bilməyəcək. Dövlət həmin dövrdə bu şəxsə mütləq kömək etməlidir. Bununla bağlı hər hansı proqram yoxdur indiki halda, amma məncə olmalıdır və bu nəzərə alınmalıdır».
Azərbaycan Müdafiə Nazirliyinin dekabrın 3 -də yaydığı açıqlamaya görə, 44 günlük savaşda bu ölkənin silahlı qüvvələrinin 2 min 783 nəfər hərbi qulluqçusu həlak olub. 100 nəfərdən artıq hərbçinin itkin düşmüş hesab olunduğu, 1245 nəfərin isə tibb müəssisələrində müalicəsinin davam etdiyi bildirilib.

Xatırlatma

Bu il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək, üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması təmin edilib. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.


XS
SM
MD
LG