Keçid linkləri

Təcili xəbərlər
2021, 23 Yanvar, şənbə, Bakı vaxtı 15:52

Bu hərbi qulluqçular tərxis ediləcək - sərəncam


İ.Əliyev

Prezident İlham Əliyev bu gün, dekabrın 1-də bir qrup hərbi qulluqçunun səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilməsi haqqında sərəncam imzalayıb.

Bu sənədə görə, onun özünün sentyabrın 28-də verdiyi sərəncama əsasən hərbi xidmətə çağırılmış aşağıdakı kateqoriyadan olan hərbi qulluqçular bu il dekabrın 2-dən səfərbərlik üzrə hərbi xidmətdən tərxis ediləcəklər:

- üç və ya daha çox uşağı olan;

- himayəsində I dərəcə əlilliyi müəyyən edilmiş şəxs olan;

- himayəsində yetkinlik yaşına çatmayan bacısı və ya qardaşı olan;

- ailənin tək övladı olan;

- ataları və ya qardaşları döyüş əməliyyatları, habelə hərbi xidmət üzrə vəzifələrin icrası zamanı həlak olmuş və ya vəfat etmiş;

- döyüş əməliyyatları zamanı yaralanmış, habelə hərbi-həkim komissiyaları tərəfindən dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı sayılan;

- yaxın qohumları Ermənistan Respublikasının hərbi təxribatları və Azərbaycan Respublikasının ərazilərini atəşə tutması nəticəsində həlak olmuş.

Sərəncamın növbəti bəndi isə təhsil alanlarla bağlıdır. Söhbət dövlət qeydiyyatına alınan təhsil müəssisələrində, Milli Elmlər Akademiyasında və... doktoranturalar yaradılan digər elmi təşkilatlarda əyani formada bakalavriatda, magistraturada, doktoranturada (adyunkturada), əsas (baza ali) tibb təhsili və rezidenturada oxuyanlardan gedir.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan prezidenti sentyabrın 28-də ölkədə hərbi vəziyyət və komendant saatının tətbiqi ilə bağlı sərəncam verib. Habelə, ölkədə qismən səfərbərlik elan edib.

Xatırlatma

Bu il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək, üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulur. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.

Noyabrın 20-də Azərbaycan ordusu razılaşmaya uyğun olaraq Ağdam rayon mərkəzində daxil olub. Noyabrın 25-də isə Kəlbəcər rayonu işğaldan azad edilib. Bu gün, dekabrın 1-də də Azərbaycan ordusunun Laçın rayonuna daxil olduğu açıqlanıb.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG