Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:24

Şahzadənin müşaviri Xaşoqini ‘təhdid edirdi’


Camal Xaşoqi
Camal Xaşoqi

Şahidin İstanbulda 26 şübhəlinin məhkəməsində deməsinə görə, jurnalist Saud al-Qahtaninin təhdidlərinə məruz qalıbmış

Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda qətlə yetirilmiş dissident jurnalist Camal Xaşoqi Səudiyyənin Vəliəhd Şahzadəsi Məhəmməd bin Salmanın keçmiş müşaviri tərəfindən təhdid olunurdu. Bunu bu gün – noyabrın 24-də Türkiyədə başlanmış məhkəmədə bir şahid söyləyib.

Şahidin İstanbulda 26 şübhəlinin məhkəməsində deməsinə görə, jurnalist Saud al-Qahtaninin təhdidlərinə məruz qalıbmış. Xəbəri Qərb agentliklərinə Sərhədsiz Reportyorlar Təşkilatından (RSF) Kristian Mihr verib.

“Xaşoqi Vaşinqton DC-də yaşayanda danışırmış ki, Qahtani ona zəng edib, övladlarını tanıdığını, onların harada yaşadığını bildiyini deyib”, – RSF-in Beynəlxalq Kampaniyalar üzrə Direktoru Rebekka Vinsent ayrıca tvitində yazıb.

Məhkəmə martın 4-də davam etdiriləcək.

Xaşoqi 2018-ci ildə sənədlərini əldə etmək üçün konsulluğa girəndən sonra öldürülüb. Türkiyəli nişanlısı Xədicə Çengiz onu binanın qarşısında gözləyirmiş.

Versiyalar

Türkiyə rəsmiləri bildirirlər ki, Xaşoqi Səudiyyədən gəlmiş killer dəstəsi tərəfindən öldürülüb, bədən üzvləri doğranıb. Onun qalıqları tapılmayıb.

Xaşoqi “Washington Post” qəzetinin köşə yazarı vəliəhd şahzadənin tənqidçisi idi.

İstanbulda məhkəmənin hazırlıq iclası iyulda başlamışdı. İlkin olaraq şübhəlilər 20 nəfər idi, onların içində Qahtani və Səudiyyə kəşfiyyatının keçmiş rəis müavini Əhməd əl-Əsiri də var. Onlar “əvvəlcədən düşünülmüş qətli bədniyyətlə qızışdırmaqda” ittiham olunurlar. Sentyabrda daha altı səudiyyəliyə ikinci ittihamnamə irəli sürüldü. İttihamlarda azı beş il, maksimum ömürlük həbs nəzərdə tutulur.

Sentyabrın əvvəlində isə Səudiyyə məhkəməsi beş nəfərə ötən il kəsilmiş ölüm cəzasını 20 illik həbslə əvəzləyib. Bundan öncə jurnalistin ailəsi qatilləri bağışladı.

ABŞ kəşfiyyat rəsmilərinin mövqeyincə, Xaşoqinin qətlini vəliəhd şahzadə sifariş edib. Səudiyyə rəsmiləri isə bu iddianı rədd edir.

2019-cu ilin aprelində ABŞ Dövlət Departamenti 16 nəfərin jurnalistin ölümündə rolu olduğunu bildirib, onların və ailələrinin Birləşmiş Ştatlara girişi yasaqlanıb. Qahtani də onlardan biridir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG