Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:23

İsrail hökuməti Netanyahunun Səudiyyə səfərini təsdiqləyir


Bencamin Netanyahu
Bencamin Netanyahu

“Kan” ictimai telekanalı noyabrın 23-də adını çəkmədiyi İsrail rəsmilərinə istinadla Netanyahu və Mossad xəfiyyə agentliyinin rəhbəri Yossi Kohenin səfərinin təsdiqləndiyini bildirib

Noyabrın 23-də İsrailin Təhsil naziri Yoav Qallant Baş nazir Netanyahunun Səudiyyə Ərəbistanında görüş keçirdiyini təsdiqləyib, bunu “heyrətamiz uğur” adlandırıb.

“Bu görüşün keçirilməsi, ictimaiyyətə açıqlanması və indi yarırəsmi təsdiqlənməsi böyük həmiyyətə malikdir”, – Qallant “Ordu Radiosu”na deyib.

***

Netanyahu Səudiyyə şahzadəsi ilə ‘gizlicə görüşüb’

İsrailin Baş naziri Bencamin Netanyahu noyabrın 22-də gizlicə Səudiyyə Ərəbistanına səfər edərək krallığı de fakto idarə edən vəliəhd şahzadə, eləcə də orada səfərdə olan ABŞ Dövlət katibi Mayk Pompeo ilə görüşüb. Bu haqda İsrailin bir neçə media orqanı xəbər verir.

“Kan” ictimai telekanalı noyabrın 23-də adını çəkmədiyi İsrail rəsmilərinə istinadla Netanyahu və Mossad xəfiyyə agentliyinin rəhbəri Yossi Kohenin səfərinin təsdiqləndiyini bildirib. Onlar Vəliəhd şahzadə Məhəmməd bin Salman və ABŞ-ın baş diplomatı ilə Səudiyyənin Qırmızı Dəniz sahilindəki Neom şəhərində görüşüblər.

Yaxınlaşma davam edir...

İsrailin çoxsaylı media orqanları oxşar informasiya yayıblar.

Netanyahunun idarəsi və ABŞ-ın Yerusəlimdəki səfirliyi bu səfəri şərh etməyib. Təsdiqlənəcəyi halda, bu, İsrail baş nazirinin Səudiyyə Ərəbistanına ilk səfəridir.

İsrail bir müddət öncə Səudiyyənin Fars Körfəzindəki iki müttəfiqi – Birləşmiş Ərəb Əmirlikləri və Bəhreynlə münasibətlərlə bağlı tarixi sazişlər imzalayıb.

Daha çox İranla bağlı narahatlığın səbəb olduğu bu yaxınlaşmaya ABŞ Prezidenti Donald Tramp administrasiyası vasitəçilik edib.

Səudiyyə Ərəbistanının açıq şəkildə bildirməsinə görə, Ərəb Liqasının onillər boyunca tutduğu mövqeyə sadiq qalacaq – fələstinlilərlə münaqişə həll olunmayınca İsraillə əlaqə qurmayacaq.

Ancaq Səudiyyə İsrail təyyarələrinin onun hava məkanından keçərək Fars körfəzindəki yeni ünvanlara və Asiyaya uçmasına icazə verib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG