Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:12

Movses Akopyanın dedikləri əsasında cinayət işi açılıb


Movses Akopyan
Movses Akopyan

Cinayət işinin vəzifə səlahiyyətlərindən sui-istifadə (ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) maddəsi üzrə açıldığı, ilkin istintaq aparıldığı xəbər verilir

Ermənistanın Xüsusi İstintaq Xidməti keçmiş Baş Qərargah rəisi, Müdafiə Nazirliyinin nəzarət xidmətinin keçmiş rəisi, general-polkovnik Movses Akopyanın ötən həftəki mətbuat konfransında verdiyi bəyanatlar üzrə cinayət işi açıb. Bu haqda AzadAvropa/AzadlıqRadiosu-nun Ermənistan xidməti məlumat yayıb.

Cinayət işinin vəzifə səlahiyyətlərindən sui-istifadə (ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) maddəsi üzrə açıldığı, ilkin istintaq aparıldığı xəbər verilir.

Akopyan noyabrın 19-da mətbuat konfransında ölkə rəhbərliyinin Dağlıq Qarabağ müharibəsində yol verdiyi səhvlərdən danışırdı.

“Baş nazir əlavə qoşun yığmağı dayandırır və bunun əvəzində müharibənin üçüncü günü ön cəbhəyə könüllüləri yollayır. Baş nazirin bu qərarını necə əsaslandırması haqda mənə məruzə etmirlər”, – Akopyan deyirdi. Onun sözlərinə görə, elə ilk döyüşlərdə könüllülərin bir hissəsi həlak olub, qalanları qaçıb. Artıq müharibənin beşinci günü Qarabağda 1500 nəfər fərari varmış və onları müxtəlif yerlərdə təcrid ediblər ki, qayıdıb Ermənistanda çaxnaşma yaratmasınlar.

Sonradan Müdafiə Nazirliyi, eləcə də Baş nazirin mətbuat katibi bu bəyanatları təkzib elədilər.

Ermənistanda nazirlər istefa verir
Gözlə

No media source currently available

0:00 0:02:03 0:00

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlər başlayıb. Azərbaycan noyabrın 9-da döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad etdiyini açıqlayıb.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya başçılarının adından yayılmış atəşkəs bəyanatına görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Noyabrın 20-də Ağdam rayonu Azərbaycana təhvil verilib. Dekabrın 1-dək Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulur. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG