Keçid linkləri

2024, 17 May, Cümə, Bakı vaxtı 09:58

Müdafiə Nazirliyi Akopyana cavab verir


Movses Akopyan
Movses Akopyan

Məlumatda deyilir ki, Akopyanın bəyanatlarında Ermənistanın müdafiə sektorunda beynəlxalq əməkdaşlığına dair informasiya da yer alır və bunun açıqlanması ölkənin müdafiəsinə təhdid yaradır

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi, hərbi nəzarət xidmətinin keçmiş rəisi Movses Akopyanın bəyanatları həqiqətə uyğun deyil və tərkibində dövlət sirri var. Bunu Ermənistanın Müdafiə Nazirliyi bildirir.

Məlumatda deyilir ki, Akopyanın bəyanatlarında Ermənistanın müdafiə sektorunda beynəlxalq əməkdaşlığına dair informasiya da yer alır və bunun açıqlanması ölkənin müdafiəsinə təhdid yaradır.

Nazirlik bildirir ki, Akopyan sanki qurumun yalnız onun rəhbərliyi altında silah-sursat alması təəssüratını yaratmağa çalışır. Halbuki o, Müdafiə Nazirliyinin hərbi nəzarət xidmətinə cəmi yarım il rəhbərlik edib. Nazirlik Akopyanın göstərdiyi silahların periodik əldə olunduğunu bildirib.

Akopyan 2016-2018-ci illərdə Baş Qərargah rəisi olub. Orduda hərbi-nəzarət xidmətinin rəisi vəzifəsində isə cəmi 6 ay işləyib.

Qurumun mövqeyincə, Akopyan çox təhlükəli bəyanatlar verir, Ermənistan Silahlı Qüvvələrinin strukturunu, silahlı dəstələrin formalaşdırılmasının özəlliklərini faş edir. Nazirlik bu gizli informasiyanın dərcinə görə cəza nəzərdə tutulduğunu vurğulayır.

Hətta Akopyan daha Silahlı Qüvvələrin Baş Qərargahını təmsil etməsə belə, bu o demək deyil ki, dövlət sirrini ifşa etmək hüququ var, bəyanatda vurğulanır.

Cəbhəyə könüllülər göndərilib

Müdafiə Nazirliyinin hərbi nəzarət xidmətinin rəisi Movses Akopyan noyabrın 18-də istefa verib. Bir gün sonra keçirdiyi mətbuat konfransında deyib ki, elə müharibənin ilk günlərində cinayət törədilib.

“Baş nazir əlavə qoşun yığmağı dayandırır və bunun əvəzində müharibənin üçüncü günü ön cəbhəyə könüllüləri yollayır. Baş nazirin bu qərarını necə əsaslandırması haqda mənə məruzə etmirlər”, – deyən Akopyan bu prosesə görə məsuliyyət daşıyanların bunu inkar edə bilməyəcəyini vurğulayıb, çünki söhbətin yazısı var.

Onun sözlərinə görə, elə ilk döyüşlərdə könüllülərin bir hissəsi həlak olub, qalanları qaçıb. Artıq müharibənin beşinci günü Qarabağda 1500 nəfər fərari varmış və onları müxtəlif yerlərdə təcrid ediblər ki, qayıdıb Ermənistanda çaxnaşma yaratmasınlar.

Akopyan səfərbərliyin həyata keçirilmədiyini, buna görə ölkə başçısının, müdafiə nazirinin, hərbi komissarlığın məsuliyyət daşıdığını deyib, Baş Qərargah rəisinin deyil.

Onun sözlərinə görə, 30 sentyabra qədər Qarabağ özünün səfərbərlik planını 78, Ermənistan isə 52 faiz yerinə yetirib.

Kəlbəcərlilər: 'Yandırılan evləri TV-də görəndə tanıdıq'
Gözlə

No media source currently available

0:00 0:04:04 0:00

Su-30 satılıb, sursatı yox

Akopyan Ermənistanın uğursuzluğunun silahlı qüvvələrin müharibəyə hazırlığından başladığını qeyd edib. O, Baş Qərargahın rəisi vəzifəsindən 2018-ci ildə uzaqlaşdırılıb. Akopyan Su-30 təyyarələrinin almasını da səhv addım adlandırıb. “İndiki hökumət inkar eləyə bilməz ki, Rusiya hökumətinin qərarı ilə tanış olmadan silah alıb, ancaq ona sursat satılmayıb”, – o deyib.

Movses Akopyan deyib ki, son 2.5 ildə tutduğu vəzifədən getmək qərarını çoxdan verib. Ancaq müharibə başlayandan sonra onun bitməsini gözləyib.

Onun deməsinə görə, Baş nazir Nikol Paşinyan müharibənin ilk üç günündə Rusiya prezidenti ilə əlaqə saxlamayıb ki, bu da qəbuledilməzdir. Ancaq Paşinyanın mətbuat katibi onun elə müharibə başlayan gün – sentyabrın 27-də, həm də sonrakı günlər Putinlə telefon söhbəti apardığını deyirdi.

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlər başlayıb. Azərbaycan noyabrın 9-da döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad etdiyini açıqlayıb.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya başçılarının adından yayılmış atəşkəs bəyanatına görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Noyabeın 20-də Ağdam rayonu Azərbaycana təhvil verilib. Dekabrın 1-dək Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulur. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG