Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 06:06

Bir gündə 29 ölüm


COVID-19

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2187 yeni yoluxma faktı qeydə alınıb, virusa yoluxanlardan 634 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan noyabrın 23-də verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 29 nəfər də vəfat edib: "Azərbaycanda indiyədək ümumilikdə 92281 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 64475 nəfər müalicə olunaraq sağalıb, 1160 nəfər vəfat edib, aktiv xəstə sayı 29646 nəfərdir".

Qərargahdan açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar Azərbaycanda 9784, hazırkı dövrədək isə ümumilikdə 1617239 test aparılıb.

Rəsmi qurumların açıqlamasına görə, Azərbaycanda evdə də müalicə alan koronavirus xəstələri var.

Azərbaycanda bu virusa ilk yoluxma halının fevralın 28-də aşkarlandığı açıqlanıb.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 1 milyon 400 min civarında şəxsin vəfat etdiyi açıqlanıb.

Multimedia

XS
SM
MD
LG