Keçid linkləri

Təcili xəbərlər
2023, 24 Sentyabr, bazar, Bakı vaxtı 13:29

Bir günə 150 min yoluxma


Arxiv fotosu

Hazırda ABŞ-da koronavirusa 10 milyon 500 nəfərdən çox insan yoluxub, 242 mindən artıq xəstə vəfat edib

Birləşmiş Ştatlarda koronavirusa yeni yoluxmalar və xəstəxanaya yerləşdirm halları artdıqca sərt məhdudiyyətlər tətbiq olunmaqdadır.

Noyabrın 12-də ölkədə 150 mindən çox yeni yoluxma qeydə alınıb, COVID-19 diaqnozu ilə xəstəxanaya yerləşdirilənlərin sayı isə iki dəfə artaraq 66 minə çatıb.

Bu həftə ABŞ-ın hər 378 sakinindən birində COVID-19 çıxıb. Səhiyyə ekspertləri qış yaxınlaşdıqca vəziyyətin daha da ağırlaşacağını deyirlər.

Ölkədə yeddi günlük ortalama ölü sayı mini keçib. Aprelin sonunda bir gündə 2 min 200-dək xəstə vəfat edirdi. Ancaq kompüter hesablaması yanvarın ortasında ABŞ-da koronavirusdan gündəlik ölü sayının yenidən 2 min 200-ə qalxacağını, martın 1-dək virusdan cəmi ölü sayının 439 min nəfərə çatacağını göstərir.

Hazırda ABŞ-da koronavirusa 10 milyon 500 nəfərdən çox insan yoluxub, 242 mindən artıq xəstə vəfat edib.

Vaksin hazır ola bilər, amma...

COVID-19 vaksini yaxın vaxtlarda hazır ola bilər. Amma səhiyyə ekspertləri insanları virusa qarşı daha ayıq-sayıq olmağa çağırırlar, çünki hamının peyvəndi əldə edə bilməsi hələ aylar çəkə bilər.

“Vaksini gözlədiyimiz məqamda səhiyyə tədbirlərini ikiqat artırmalıyıq”, – ABŞ-ın baş infeksionisti Entoni Fauçi deyib.

O, daha öncə aprel, may, iyunadək amerikalıların hamısının peyvənd vurdura biləcəyini deyirdi.

Artıq Nyu York, San Fransisko, Çikaqo kimi böyük şəhərlərdə yeni qadağalar tətbiq olunur, sosial toplantılara, restoran və barların iş saatlarına məhdudiyyətlər qoyulur.

Nyu York şəhərinin meri Bil de Blasio deyib ki, ölkənin məktəb sistemi birbaşa tədrisi dayandıra bilər. Hazırda ölkədə yeddi günlük ortalama yoluxma göstəricisi 2.6 faizdir, COVID-19-un müsbət çıxma faizi 3-ü keçərsə, belə bir variant mümkündür.

Ştatlar artıq maska taxılmasına da ciddi yanaşır. Artıq 34 ştat və Kolumbiya Dairəsi ictimai yerlərdə maska taxılmasını tələb edir.

Bəzi ştatların qubernatorları daha bir lokdaunu istisna etmirlər.

Dünyada təsdiqlənmiş yoluxmalar 53 milyona, ölü sayı isə 1 milyon 300 minə yaxınlaşır.

XS
SM
MD
LG