Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:07

10 şəhər və rayonda 190 manat veriləcək


Dükanlar bağlanır
Dükanlar bağlanır

Şəki, Lənkəran şəhərlərinin, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba və Xaçmaz rayonlarının inzibati ərazisində xüsusi karantin rejimində dəyişikliklər edilib.

Bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Yeni qərara əsasən, noyabrın 7-si saat 00:00-dan noyabrın 23-ü saat 06:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə yuxarıda qeyd edilən şəhər və rayonların inzibati ərazisində aşağıdakı sahələr istisna olmaqla, qalan istiqamətlərdə fəaliyyət dayandırılır:

- hüquq mühafizə, məhkəmə orqanlarının, hərbi xidmət nəzərdə tutulmuş orqanların və vəkillərin fəaliyyəti;

- digər dövlət orqanlarının (qurumlarının) fəaliyyəti (Nazirlər Kabineti tərəfindən müəyyən edilən say həddi çərçivəsində);

- səhiyyə və sosial xidmət müəssisələrinin fəaliyyəti, dezinfeksiya xidmətləri;

- kommunal xidmətlər (su, elektrik enerjisi, qaz, istilik, rabitə və telekommunikasiya, məişət tullantıları)

Daha kimlər işləyəcək

Bura habelə, yük daşımaları, logistika xidmətləri, qida məhsullarının istehsalı, kənd təsərrüfatı, meliorasiya və su təsərrüfatı fəaliyyəti aid edilib.

Onlardan başqa, apteklərin, ərzaq mağazalarının (bazarlar və yarmarkalar istisna olmaqla), yanacaqdoldurma məntəqələrinin, kütləvi informasiya vasitələrinin, maliyyə təşkilatlarının (bank, sığorta və s.) və mühafizə xidmətlərinin fəaliyyəti də dayandırılmayacaq.

Bu vaxtadək həmin inzibati ərazilərdə ictimai nəqliyyatın fəaliyyəti yalnız həftə sonları dayandırılırdı. 2020-ci il noyabrın 7-si saat 00:00-dan noyabrın 23-ü saat 06:00-dək həmin ərazilərdə ictimai nəqliyyatın fəaliyyəti tam dayandırılacaq.

Qurum bildirir ki, bu qaydaların tətbiq olunduğu yerlərdə İqtisadiyyat Nazirliyi muzdlu işçilərin əmək haqları üzrə müvafiq ödənişlər edəcək və fərdi (mikro) sahibkarlara birdəfəlik maliyyə dəstəyi göstəriləcək: "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 10 şəhər və rayon üzrə işsiz və xüsusi karantin rejiminə görə gəlirini itirən qeyri-formal işləyən aztəminatlı şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə verilməsi tapşırılıb".

Xatırlatma

Azərbaycanda koronavirus pandemiyası ilə bağlı martın 24-dən karantin rejimidir. Rejim bu ara bir neçə dəfə həm sərtləşdirilib, həm də yumşaldılıb. Xüsusi karantin rejiminin müddəti dekabrın 1-i, saat 06:00-dək uzadılıb.

Bu müddət ərzində iki dəfə bütün ölkə üzrə 600 min işsiz və ya aztəminatlı şəxsə 190 manatlıq yardım verilib. Sonra daha iki dəfə də bu proses ölkənin bəzi bölgələrində (iyul ayı üzrə 16, avqust ayı üzrə isə 13 şəhər və rayonlarda) davam edib.

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 1 milyon 200 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.

Azərbaycanda isə indiyədək ümumilikdə 60 min 873 nəfərin koronavirus infeksiyasına yoluxduğu, onlardan 794 nəfərin də vəfat etdiyi açıqlanıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG