Keçid linkləri

Təcili xəbərlər
2020, 01 Noyabr, bazar, Bakı vaxtı 06:15

ABŞ-da yoluxmalar 8 milyona çatdı


Arxiv fotosu

Oktyabrın 15-də Birləşmiş Ştatlarda 60 minə yaxın yeni yoluxma aşkarlanıb. Bu, avqustun 14-dən ən yüksək rəqəmdir

Birləşmiş Ştatlarda yeni koronavirusa yoluxma halları 8 milyona keçib. Hər gün ölkədə onminlərlə yeni yoluxma təsdiqlənir.

Oktyabrın 15-də Birləşmiş Ştatlarda 60 minə yaxın yeni yoluxma aşkarlanıb. Bu, avqustun 14-dən ən yüksək rəqəmdir.

Səhiyyə ekspertləri bu artımın səbəbini bilmirlər, amma əhalinin tövsiyələrə əmı etməməsini, tələbələrin dərsə qayıtmasını əsas gətirirlər.

Pandemiya başlanandan ABŞ-da COVID-19-dan 217 mindən artıq xəstə vəfat edib.

Avropada da yoluxmalar sürətlə artır. Almaniya, Çexiya, İtaliya və Polşada yoluxma sayı yazdakı rəqəmlərə çatır.

Almaniyada son 24 saat ərzində 7 min 300-dən çox yoluxma təsdiqlənib ki, bu, martın sonundakı rekorddan çoxdur. 83 milyon əhalisi olan ölkədə testin miqyası da genişləndirilir.

Rusiyada oktyabrın 15-də bir sutkada 286 nəfərin xəstəlikdən vəfat etdiyi açıqlanıb. İndiyədək ölkədə 1.33 milyon yoluxma təsdiqlənib, 23 min 491 xəstə vəfat edib.

Şərhlər

XS
SM
MD
LG