Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:00

Nobel Sülh Mükafatının qalibi bilindi


Dünya Ərzaq Proqramının loqosu

Norveç Nobel Komitəsinin oktyabrın 9-da bildirməsinə görə, qurum bu mükafata dünyada aclıqla mübarizə cəhdlərinə görə layiq görülüb

2020-ci il Nobel Sülh Mükafatı Dünya Ərzaq Proqramına verilib.

Norveç Nobel Komitəsinin oktyabrın 9-da bildirməsinə görə, qurum bu mükafata dünyada aclıqla mübarizə cəhdlərinə görə layiq görülüb.

Bu həftə tibb, fizika, kimya və ədəbiyyat üzrə Nobel mükafatlarının qalibləri elan olunub.

Oktyabrın 12-də iqtisadiyyat üzrə Nobel mükafatı açıqlanmaqla həftəyə yekun vurulacaq.

***

Nobel Komitəsi bildirib ki, koronavirus pandemiyası dünyada milyonlarla insanın üzləşdiyi aclığı daha da dərinləşdirib. Qurum hökumətləri bu insanları yedirtməyə gərəkən maliyyə dəstəyinin alınmasında DƏP və digər yardım təşkilatlarına köməyə çağırıb.

BMT-nin ərzaq yardımı qanadı olan DƏP-in sözçüsü mükafatı “qürur anı” adlandırıb.

10 milyon İsveç kronu (1.1 milyon dollar) dəyərində olan mükafat dekabrın 10-da Osloda təqdim olunacaq.

Bu il mükafata namizədliyi irəli sürülənlər içində isveçli iqlim fəalı Qreta Tunberq, rusiyalı dissident Aleksey Navalnı, koronavirus pandemiyası ilə mübarizədəki roluna görə Dünya Səhiyyə Təşkilatı da vardı.

Ümumilikdə mükafata 211 fərd və 107 təşkilat olmaqla 318 namizəd irəli sürülmüşdü.

Şərhlər

XS
SM
MD
LG