Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 17:48

Baş Prokurorluq: Beyləqanda 2 dinc sakin həlak olub


Atəşkəsin pozulması nəticəsində yaralanan Azərbaycan vətəndaşı, Bərdə rayonu, 2016

Cəbhə bölgəsindən mülkü insanların həlak olması ilə bağlı xəbərlər gəlməkdə davam edir. Baş Prokurorluğun mətbuat xidməti oktyabrın 4-də bununla bağlı növbəti açıqlama yayıb. Məlumatda bildiriblər ki, Ermənistan silahlı qüvvələri Beyləqan şəhərinin müxtəlif istiqamətlərində dinc əhalinin evlərini növbəti dəfə ağır artilleriyadan atəşə tutub.Açıqlamaya görə, oktyabrın 3-də saat 19 radələrində 1976-cı il təvəllüdlü şəhər sakinləri Zülfiyyə İsgəndər qızı İsmayılova və bacısı 1998-ci il təvəllüdlü Arzu İsgəndər qızı Əsədova yaşadıqları evə çoxsaylı top mərmilərinin düşməsi nəticəsində dağıntılar altında qalaraq həlak olublar:

“Eyni zamanda, şəhərin müxtəlif yerlərinə düşmüş top mərmilərinin qəlpələrindən 1982-ci il təvəllüdlü şəhər sakinləri Balakişiyev Etibar Təvəkkül oğlu və 1969-cu il təvəllüdlü Bəşirova Sevda Yaşar qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib”

Tərtərdə də yaralanan var Qurum habelə bildirir ki, oktyabrın 3-də saat 21 radələrində Tərtər rayonu Azad Qaraqoyunlu kəndinə düşmüş top mərmilərinin qəlpələrindən 1966-cı il təvəllüdlü Səfər Əyyub oğlu Məmmədov və Akif Yunis oğlu Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdiriliblər. Azərbaycanın rəsmi qurumları bundan öncə bildirmişdilər ki, sentyabrın 27-dən, cəbhədə döyüşlər başlayandan bəri onlar tərəfdən mülkü əhalidən 19 nəfər ölüb, 63 nəfər yaralanıb.

Xatırlatma

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlərin getdiyi bildirilir. Hər iki tərəfdən itkilər olduğu deyilir. Azərbaycan açıqlayıb ki, son günlər 14 kəndi və bəzi strateji yüksəklikləri işğaldan azad edib.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildəbaşlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib. Atəşkəs olsa da, tez-tez onun pozulduğu bildirilir. Xüsusilə 2016-cı ilin aprelində və bu ilin iyulunda cəbhədə ağır silahların işə düşdüyü, hər iki tərəfdən itkilər olduğu deyilirdi.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.Oktyabrın 1-də bu qurumun həmsədr ölkələrinin liderləri birgə bəyanat yayaraq tərəfləri hərbi əməliyyatları dayandırıb, ilkin şərtsiz sülh danışıqlarını bərpa etməyə çağırıb.

Multimedia

XS
SM
MD
LG