Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:18

Hərbi vəziyyət rejimini pozanların işləri məhkəmələrə göndərilib


Bakıda komendant saatı
Bakıda komendant saatı

Sentyabrın 30-da məhkəmələrə hərbi vəziyyət rejiminin pozulmasıyla əlaqədar baxıb qərar vermək üçün onlarla iş göndərilib. Bu barədə AzadlıqRadiosuna məlumat verən mənbənin sözlərinə görə, sentyabrın 28-də Azərbaycanda hərbi vəziyyət rejimi tətbiq olunandan sonra bu rejimin qaydalarının pozulmasına görə xeyli adamın barəsində inzibati xəta işi başlanıb.

"Məhkəməyə göndərilən bu qəbildən işlərin əksəriyyətində vətəndaşlar komendant saatı ilə bağlı qaydaya əməl etmədiyinə görə məsuliyyətə cəlb olunub. Barələrində İnzibati Xətalar Məcəlləsinin 517-2.1 maddəsi ilə protokol tərtib olunub. Hələ ki, Bakının rayon məhkəmələrinə, xüsusən Binəqədi, Xətai rayon məhkəmələrinə belə işlər daha çox gəlib. Abşeron rayon məhkəməsində də hərbi vəziyyət rejiminin pozuntusuna görə xeyli iş var", – mənbə bildirib.

Komendant saatı haqda nə düşünürsüz? - Bakıda sorğu
Gözlə

No media source currently available

0:00 0:00:51 0:00

"Cəzalanma çox az hallarda olur"

İnzibati Xətalar Məcəlləsinin 517-2 maddəsi bütövlükdə hərbi vəziyyət rejiminin tələblərinin pozulmasından bəhs edir. Məcəllənin 517-2.1 maddəsində göstərilib ki, "xüsusi icazə vərəqəsi olmadan komendant saatı vaxtı küçədə, başqa ictimai yerlərdə olmağa görə şəxsə xəbərdarlıq edilir və ya 50 manat məbləğində cərimə edilir".

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov AzadlıqRadiosuna bildirib ki, vətəndaşların əksəriyyəti hərbi vəziyyət rejiminin qaydalarına əməl edirlər.

Onun sözlərinə görə, hərbi vəziyyət rejimi qaydalarına əməl etməyən vətəndaşların sayı azdır. Bu da bir çox hallarda məlumatsızlıqdan irəli gəlir: "Bakı və bır sıra başqa şəhər və rayonlarda axşam saat 21:00-dan səhər saat 06:00-a qədər komendant saatının tətbiqinə polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları nəzarət edir. Məqsəd indiki vəziyyətdə vətəndaşların təhlükəsizliyinin təmin olunmasıdır. Vətəndaşlar da anlayışla qarşılayır, riayət edirlər. Bəzən bilməyərəkdən qayda pozuntuları olur. Bu halda da onlara xəbərdarlıq edilir, evlərinə qədər yola salınır. Cəzalanma çox az hallarda olur".

F.Mehdiyev
F.Mehdiyev

"Mütləq əvəzi ödənilməlidir"

Hüquqşünas Fərhad Mehdiyev deyir ki, hərbi vəziyyət dövlətə ən geniş müdaxilə səlahiyyəti verən bir rejimdir. Bu mənada fövqəladə vəziyyət rejimindən də fərqlənir və onunla müqayisədə daha çox səlahiyyət tanıyır. Hüquqşünas vurğulayıb ki, dövlət bu səlahiyyətlərdən legitim məqsədlər üçün istifadə etməlidir, yəni, sui-istifadə hallarına yol verilməməlidir: "Hərbi vəziyyət rejimində məhkəmə qərarı olmadan şəxsin evində, obyektində, avtomobilində axtarış aparıla bilər. Şəxs buna etiraz edib, müqavimət göstərərsə, ona güc tətbiqinə də yol verilir. Amma sui-istifadə edib elə hər ağlına gələn adamın mülkündə də axtarış aparmaq doğru deyil. Yaxud hərbi vəziyyət rejimində şəxsin əmlakı hərbi məqsədlər üçün məcburi qaydada ondan alına bilər. Amma mütləq əvəzi ödənilməlidir. Məsələn, cəbhə bölgəsinə yaxın yerdə fermerin ət və süd məhsulları məcburi ondan alına bilər, pulu isə ödənilməlidir".

F.Mehdiyev əlavə edib ki, hərbi vəziyyət rejiminin pozulması halları daha çox komendant saatına əməl etməməklə bağlı olur. Hüquqşünasın sözlərinə görə, qayda pozuntusunu qeydə alan orqan protokol tərtib edir, cəza ilə bağlı qərarı isə məhkəmə verir.

Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar cəbhə bölgəsində vəziyyət gərginləşəndən sonra Azərbaycanda prezident İlham Əliyevin fərmanı ilə 28 sentyabr saat 00:00-dan hərbi vəziyyət elan olunub. Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında hərbi vəziyyət dövründə saat 21:00-dan saat 06:00-a qədər komendant saatı elan edilib. Şəxslərin xüsusi icazə və şəxsiyyət vəsiqələri olmadan küçələrdə və ictimai yerlərdə olması qadağan edilib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG