Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 09:20

Partiyalar hərbi vəziyyəti belə dəyərləndirir


A.Hacılı
A.Hacılı

"Təəssüf ki, hal-hazırda cəbhə xəttində olan vəziyyət barədə ətraflı məlumatımız yoxdur".

Bunu AzadlıqRadiosuna Müsavat Partiyasının başqanı Arif Hacılı deyib. O, sentyabrın 27-də Azərbaycanda hərbi vəziyyət elan olunması ilə bağlı sualı cavablandırıb.

A.Hacılı hərbi qaydalara uyğun olaraq informasiyanın Müdafiə Nazirliyi tərəfindən monopoliyaya alındığını deyərək belə halda vəziyyəti şərh etməyin çətin olduğunu söyləyib:

"Əgər…bu çətinliklərə dözmək mümkündür"

"Əgər deyildiyi kimi, Qarabağ istiqamətində ciddi hərbi uğurlarımız olacaqsa, Ermənistan danışıqlara və beynəlxalq hüquq normalarına uyğun Qarabağ probleminin tənzimlənməsinə razı olacaqsa, bu çətinliklərə dözmək mümkündür".

O hesab edir ki, ölkədə hərbi vəziyyət və komendant saatının elan edilməsinin düzgün və ya yanlış qərar olmasını indidən söyləmək çətindir: "Yalnız döyüş əməliyyatlarının nəticələri ortalıqda olduqdan sonra vəziyyəti dəyərləndirmək imkanımız daha çox olacaq. Bir daha bildirmək istəyirəm ki, bizim real vəziyyət barədə yetərli informasiyamız yoxdur".

N.Cəfərli
N.Cəfərli

ReAL Partiyasının təmsilçisi Natiq Cəfərli də deyib ki, hərbi vəziyyətin elan olunmasının əsas səbəbi Dağlıq Qarabağda və sərhədyanı rayonlarda vəziyyətin gərginləşməsidir. Onun deməsinə görə, Ermənistanın təcavüz və təxribatlarının ardı-arası kəsilmir. N.Cəfərli vurğulayıb ki, son zamanlar isə bu təxribatlar hətta adi vətəndaşların da həlak olmasına səbəb olub: "Naftalanda bir ailənin 5 üzvü həlak oldu"

Onun fikrincə, hərbi vəziyyət elan olunması bəzi qərarların alınmasının sürətlənməsinə xidmət edir:

"Bunun uzan zaman davam edəcəyini də düşünmürəm"

"Amma bunun uzan zaman davam edəcəyini də düşünmürəm. Bir neçə gündən bir neçə həftəyə kimi davam edə bilər. Mənə elə gəlir ki, Bakıda və digər şəhərlərdə elan olunmuş komendant saatı və s. sərt tədbirlər aradan qaldırılacaq. Bunun uzun zaman davam etməsinin elə də böyük önəmi və əhəmiyyəti olmayacaq".

Yeni Azərbaycan Partiyasının (YAP) mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev isə "Turan" agentliyinə bildirib ki, Azərbaycan uzun müddətdir işğal edilmiş torpaqlarının azad olunması yolunda səylərini əsirgəmirdi:

Komendant saatı haqda nə düşünürsüz? - Bakıda sorğu
Gözlə

No media source currently available

0:00 0:00:51 0:00

"Bütün xalq bu addımları dəstəkləyir"

"30 ilə yaxın idi ki, tapdaq altında qalan torpaqları qansız-qadasız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində diplomatik səylərlə azad etmək istəyirdi. Bu istiqamətdə səylərini əsirgəmirdi. Bütün bunlara baxmayaraq, Ermənistan və havadarları işğal edilmiş torpaqlardan geri çəkilmək istəmirdi. Amma sonunda Ermənistan bu istiqamətdə formal olan danışıqlar prosesinə də nöqtə qoydu. Bununla da işğal edilən Azərbaycan torpaqlarından çıxmayacaqlarını nümayiş etdirdi".

H.Paşayev deyib ki, sentyabrın 27-də Ermənistan silahlı qüvvələri dinc Azərbaycan sakinlərini atəşə tutub, buna cavab olaraq Azərbaycan ordusu hərbi əməliyyatlara başlayıb: "Ölkədə qismən səfərbərlik, hərbi vəziyyət elan olunması da bundan irəli gəldi və bütün xalq bu addımları dəstəkləyir".

Xatırlatma

Dünən, sentyabrın 27-də sentyabrın 28-dən bütün ölkə ərazisində hərbi vəziyyət elan edilməsi ilə bağlı prezident fərman imzalayıb. Milli Məclis buna öz razılığını verib. Bakı və bir sıra yerlərdə isə komendant saatı tətbiq edilir. Bura Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərləri, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonları daxildir. Komendant saatı 21:00-dan saat 06:00-dək tətbiq edilir.

Bu gün, sentyabrın 28-də isə prezident qismən səfərbərlik haqqında sərəncam imzalayıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG