Keçid linkləri

2025, 14 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 21:41

‘Charlie Hebdo’ yaxınlığında 2 nəfər bıçaqlanıb


Hadisə yeri
Hadisə yeri

Prokurorluğunun sentyabrın 25-də bildirməsinə görə, “terrorçu qurumla əlaqəli qətl cəhdi” və “terrorçularla əlbirlik” maddələri üzrə təhqiqat başlanıb

Fransanın antiterror prokurorluğu bıçaqlama hadisəsi ilə bağlı təhqiqat başladıb. Polis iki nəfərin yaralandığını bildirir. Baş nazir Jan Kasto daha öncə dörd nəfərin bıçaq yarası aldığını açıqlamışdı.

Prokurorluğunun sentyabrın 25-də bildirməsinə görə, “terrorçu qurumla əlaqəli qətl cəhdi” və “terrorçularla əlbirlik” maddələri üzrə təhqiqat başlanıb.

Ədliyyədəki anonim mənbə “AFP”yə ikinci şəxsin saxlandığını da bildirsə də, bunu rəsmi şəkildə təsdiqlətmək mümkün olmayıb.

***

Sentyabrın 25-də Fransa paytaxtında “Charlie Hebdo” satirik jurnalının keçmiş ofisi yaxınlığında dörd nəfər bıçaqlanıb. Məlumatı Paris polisi yayıb. 2015-ci ildə həmin məkanda 12 nəfər öldürülmüşdü.

Polis iki nəfərin ağır durumda olduğunu, bir şübhəlinin saxlandığını bildirir.

Hakim orqanlar əvvəlcə hücum edənin iki nəfər olduğunu düşünsələr də, indi onun ancaq bir nəfər olduğunu, Parisin şərqində Bastil sarayı yaxınlığında saxlandığını deyirlər.

Anonimlik şərtilə danışan polis əməkdaşı deyib ki, “Charlie Hebdo” keçmiş ofisi daxil olmaqla ərazi qapadılıb. Yaxınlıqda şübhəli bağlama aşkarlansa da, heç bir partlayıcı tapılmayıb.

Hücumun motivi bəlli deyil, onun jurnalla bağlılığı da bilinmir. 2015-ci ildə redaksiyasına islamçı silahlıların hücumundan sonra nəşr ofisini həmin yerdən köçürüb.

Polis hücum edənlərin, yaralıların kimliyini açıqlamır.

Baş nazir Jan Kasto Parisin şimalına səfərini yarımçıq kəsib.

Hazırda “Charlie Hebdo”ya 5 il öncəki hücuma görə məhkəmə gedir. Üçü ölkə xaricində olmaqla 14 nəfər mühakimə olunur. Sentyabrın 25-də jurnala hücum edənlərin dul arvadları məhkəmədə ifadə verməlidirlər.

XS
SM
MD
LG