Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:18

'Charlie Hebdo' işi üzrə məhkəmə başlanır


Məhkəmə başlanır
Məhkəmə başlanır

2015-ci ildə Fransada satirik “Charlie Hebdo” dərgisinə hücuma görə Parisdə 14 nəfərin məhkəməsi başlanıb.

Sentyabrın 12-də sərt təhlükəsizlik tədbirləri ilə başlanan məhkəməyə şübhəlilərdən 11 nəfəri gətirilib.

Silahlılardan birinin həyat yoldaşı daxil olmaqla qalan üç nəfər hücumdan qabaq İslam Dövləti (İD) ekstremist qrupunun Suriyada nəzarət etdiyi əraziyə qaçıb və hazırda qiyabi mühakimə edilirlər.

Təqsirləndirilənlər terror aktında iştirakda və terror qrupuyla əlaqələrdə ittiham olunur.

Onlar 2015-ci ilin yanvarında “Charlie Hebdo”nun Paris ofisində və ətrafında 12 nəfəri güllələyib öldürən islamçı yaraqlılara kömək etməkdə suçlanırlar.

Karikaturalar yenidən dərc olunub

Bununla əlaqəli başqa bir hücumda isə üçüncü silahlı Paris yaxınlığında bir qadın polis əməkdaşını güllələyib, yəhudi mağazasında girov götürmə zamanı dörd nəfəri öldürüb.

Amedy Coulibaly adlı hücum edən hazırladığı videoda deyir ki, üç hücum koordinasiya olunub və İD adına həyata keçirilib.

17 nəfər Fransa paytaxtında üç gün ərzində öldürülüb.

Hücum edənləri isə polis qətlə yetirib.

Bu hücumlarla Fransa torpağında islamçı hücum dalğası başlandı, ümumilikdə 250-dən artıq insan öldürüldü.

“Charlie Hebdo” məhkəmənin başlanması münasibətilə Məhəmməd peyğəmbərin karikaturalarını yenidən dərc edib. Müsəlman dünyasını vaxtilə məhz bu hərəkət qəzəbləndirmişdi.

“Charlie Hebdo ruhunun mahiyyəti budur: Azadlıqlarımız, gülüşümüz, hətta küfranlığımızdan əl çəkməkdən imtina edir”, – dərginin vəkili məhkəmə zalına girməzdən öncə deyib.

“Qorxmayın, nə terrordan, nə də azadlıqdan”,Richard Malka vurğulayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG