Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:14

ABŞ-da koronavirusdan ölənlərin sayı 200 minə çatır


Donald Tramp mətbuat konfransında, arxiv fotosu
Donald Tramp mətbuat konfransında, arxiv fotosu

Hazırda hər gün 800-dək amerikalı xəstəlikdən ölür. Aprelin ortasında gündəlik ölü sayı 2 min 800-ə çatırdı

Birləşmiş Ştatlarda koronavirusdan ölənlərin sayı 200 minə yaxınlaşır. Prezident Donald Tramp isə amerikalılar üçün ən pis dövrün bitdiyini deyir. Bu arada Avropanın bəzi yerlərində yoluxmaların ikinci dalğası başlanıb.

Hazırda hər gün 800-dək amerikalı xəstəlikdən ölür. Aprelin ortasında gündəlik ölü sayı 2 min 800-ə çatırdı.

ABŞ-da pandemiyanın ilk aylarında bir çox səhiyyə ekspertləri bu yeni virusdan 200 minədək amerikalının öləcəyini proqnozlaşdırırdılar. Hazırda ölü sayı 199 min 880-dən çoxdur. Hər il ABŞ-da xərçəngdən 600 min nəfər vəfat edir.

“Biz pandemiyanı, vaksinlə, ya vaksinsiz, küncə sıxışdırmışıq… biz yalnız yaxşı deyil, fenomenal iş görmüşük. Təkcə ictimai münasibətlərdə deyil, buna görə də saxta xəbərlər yaranır”, – Tramp vurğulayır.

“Panika yaratmaq istəmirəm”

Prezidentin tənqidçiləri onu təhdidin ciddiliyini vaxtında dərk etməməkdə, ona düzgün reaksiya verməməkdə, virusun öldürücülüyünü azaltmaqda, maska taxılması və testlərin aparılmasına zərbə vurmaqda ittiham edirlər.

Tramp araşdırmaçı yazar Bob Vudvorda deyib ki, “həmişə bunun miqyasını kiçiltməyə çalışıb”, “elə indi də onun əhəmiyyətini azaltmağa çalışıram, çünki panika yaratmaq istəmirəm”, – deyə sözlərinə əlavə edib.

Dünyada yeni koronavirusa 31 milyondan çox insan yoluxub, ölənlərin sayı 965 minə çatır. Ötən ilin sonunda Çində peyda olmuş koronavirusa yoluxmaların yarıya qədəri Birləşmiş Ştatlar, Hindistan və Braziliyanın payına düşür.

Dünya Səhiyyə Təşkilatı (DST) sentyabrın 21-də bəyan edib ki, koronavirusun hava hissəcikləri ilə yayılmasına dair mövqeyini dəyişməyib. Bundan öncə ABŞ-ın səhiyyə rəsmiləri virusun yayılmasının əsas aspekti üzrə qaydalarını yanlış olaraq dəyişib.

“Biz yeni dəlil görmədiyimizdən bu məsələdə mövqeyimiz dəyişməyib”, – DST-nin fövqəladə proqramlar üzrə direktoru Mayk Ryan deyib.

ABŞ-ın Xəstəliklərə Nəzarət və qarşısının Alınması Mərkəzi isə bildirib ki, qaydalardakı dəyişiklik təsadüfən olunub, virusun havada daha uzun müddət qalaraq düşünüldüyündən daha çox yayılmasına “dəlilin getdikcə artması” fikri irəli sürülüb.

Avropada “ikinci dalğa”?

Hazırda Avropada İspaniya, Fransa və Britaniya yeni yoluxmalarla mübarizə aparır, ekspertlər bunun ikinci dalğa olmasından ehtiyatlanırlar. Bəzi ölkələr və şəhərlər qadağaları yenidən tətbiq etməyə başlalyıblar.

Britaniyada koronavirusun həyəcan səviyyəsi qaldırılıb, yoluxmanın “sürətlə və kəskin şəkildə” artdığı bildirilib.

Sentyabrın 22-də Baş nazir Boris Consonun daha sərt məhdudiyyətlər açıqlayacağı gözlənir.

İtaliya Parisi və Fransanın başqa yerlərini COVID-19 qara siyahısına salıb. Yəni bu regionlardan gələnlərin testi neqativ çıxmalıdır.

Fransada həftəsonu yoluxmalar yeni rekorda çatıb, 24 saat ərzində 13 min yeni yoluxma qeydə alınıb.

İspaniya paytaxtı Madriddə regional hökumətin başçısı bəzi yoxsul ərazilərdə qismən karantinin tətbiqi üçün ordunun köməyini istəyib. Martda və apreldə birinci dalğa zamanı İspaniya mülki orqanlara kömək üçün minlərlə əsgər yerləşdirmişdi.

İspaniyada 671 mindən çox yoluxma təsdiqlənib. Hər 10 haldan biri Madridin payına düşür.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG