Keçid linkləri

2025, 14 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 00:40

İranda jurnalist 7 illik həbs cəzasını çəkməyə başlayıb


Xosrov Sadiqi Boruceni
Xosrov Sadiqi Boruceni

Köşə yazarı olan Boruceni sentyabrın 9-da Tehrandakı Evin həbsxanasına aparılıb

Media azadlığı qurumları İranda müstəqil jurnalist Xosrov Sadiqi Boruceniyə kəsilmiş həbs cəzasını pisləyir, hakimiyyəti mətbuat üzvlərinin qanunsuz həbsini dayandırmağa çağırır.

Köşə yazarı olan Boruceni sentyabrın 9-da Tehrandakı Evin həbsxanasına aparılıb. O, “İslam Respublikasının qurucusunu təhqir etmək”, “hökumət əleyhinə propaqanda”, “milli və beynəlxalq təhlükəsizliyə qarşı görüşmək və plan hazırlamaq” ittihamları ilə yeddi illik həbs cəzasını çəkməyə başlayıb. Bu haqda Parisdəki Sərhədsiz Reportyorlar Təşkilatının (RSF) sentyabrın 15-də yaydığı bəyanatda deyilir.

Həssas mövzulardan yazırdı

Jurnalistləri Müdafiə Komitəsi (CPJ) isə Boruceninin qarışıq “milli təhlükəsizlik” və “təhqir” ittihamları ilə həbsini İran hakimiyyətinin “mətbuata nifrəti”nin daha bir nümunəsi adlandırıb.

Boruceni fevralda inqilab məhkəməsi tərəfindən səkkiz illik həbsə məhkum edilmişdi, iyunda apelyasiya məhkəməsi cəzanı yeddi ilə saldı.

Jurnalist avqustun ortasında İranın Qərbi Azərbaycan vilayətində həbs olunub, üç həftə saxlanandan sonra Evin həbsxanasına köçürülüb.

O, cəzasının azı beş ilini həbsdə keçirməlidir.

Boruceni Tehran Müstəqil Jurnalistlər Assosiasiyasının üzvüdür. Onun şəxsi vebsaytı iyunda yenilənib, burada İranda baş verənlər, iqtisadi və siyasi mövzulara dair şərhlər yer alıb.

Nyu Yorkda mənzillənən CPJ jurnalistin vaxtaşırı həssas məsələlərdən yazdığını vurğulayır. Bu sıraya İranda yoxsulluq, hökumətin koronavirus pandemiyasını idarə etməsi kimi məsələlər də var.

XS
SM
MD
LG