Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:24

'Tərtər işi'nə görə etirazlar davam edir


Aksiya. 14 sentyabr 2020
Aksiya. 14 sentyabr 2020

Sentyabrın 14-də "Tərtər işi" üzrə həbs edilən və tutulduqdan sonra işgəncə nəticəsində öldüyü bildirilən bəzi şəxslərin ailə üzvləri Prezident Administrasiyasının qarşısında etiraz aksiyanı keçirməyə cəhd göstərib.

Hərbçilərin ailə üzvləri bildirib ki, onlar həbs olunmuş yaxınlarının azadlığa buraxılmasını, ölüm hallarında təqsirkarların cəzalandırılmasını istəyirlər, lakin şikayətlərinə cavab verilmir.

"…Neçəsi isə dəlixanadadır"

"Bu oğlanlar 2016-cı ildə aprel döyüşlərində vuruşub, prezidentin özü onları təltif edib. İndi hamısı xəstədir, neçəsi isə dəlixanadadır", - etirazçılar bildiriblər.

Onlar həbs edilən yaxınları barədə müsbət fikirlər deyiblər.

Bakıda etiraz- İlham Əliyev bizi qəbul etsin
Gözlə

No media source currently available

0:00 0:02:56 0:00

"İlham Əliyev çıxıb bizə cavab verməlidir..."

"Hərbiçilərdən biri xeyli sursat yığıb gətirib, ona əvvəl deyiblər ki, sənə milli qəhrəman adını verəcəyik, sonra onu ağır işgəncələrdən keçirdib, 16 il iş veriblər. Qoy bizi səlahiyyətli şəxslər qəbul etsinlər. Üç ildir səsimizi eşidən yoxdur. İlham Əliyev çıxıb bizə cavab verməlidir…", - etirazçılar vurğulayıblar.

"Plastik truba ilə..."

Etirazçılar bildirib ki, istintaq düzgün aparılmayıb. "Oğlumu 2017-cı ilin aprelin 30-dan mayın 1-ə keçən gecə həbs ediblər, protokolda isə həbsin tarixini mayın 8-də yazıblar. İşgəncə altında dörd barmağını qırıblar plastik truba ilə, dişləri qırılıb. Şahidsiz, sübutsuz ittiham ediblər".

Polis əməkdaşları toplaşanları ərazidən uzaqlaşdırıb.

Bütün bu deyilənlər ilə bağlı Daxili İşlər Nazirliyi, Prezident Administrasiyası və başqa uyğun rəsmi qurumlardan münasibət öyrənmək mümkün olmayıb.

Vətənə xəyanətdə suçlanan hərbçilərin ailələri prezidentə şikayətə gəlib
Gözlə

No media source currently available

0:00 0:02:05 0:00

"Tərtər işi" üzrə həbsdə olan və tutulduqdan sonra işgəncə nəticəsində öldüyü bildirilən şəxslərin bir qrup ailə üzvü bundan əvvəl də Prezident Administrasiyası və bir sıra başqa qurumların qarşısına toplaşaraq eyni şikayətlərini ifadə ediblər.

Rəsmi qurumlar bu şikayətlərə hər hansı açıq münasibət bildirməyiblər. Amma onlar, bir qayda olaraq, saxlanma yerləri və cəzaçəkmə müəssisələrində işgəncələrin olması ilə bağlı şikayətləri düzgün saymırlar, onları yanlış iddialar adlandırırlar.

Etiraz edənlərin sözlərinə görə, onlara bundan əvvəl vəd edilib ki, şikayətləri obyektiv araşdırılacaq.

Xatırlatma

2017-ci il mayın 7-də Azərbaycan Baş Prokurorluğu, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə və Daxili İşlər nazirlikləri birgə bəyanat yaymışdılar.

Onlar Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluqda günahlandırılan bir qrup hərbi qulluqçu və mülki şəxsin həbs edildiyini bildirirdilər. Birgə açıqlamada qeyd edilirdi ki, Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açılıb.

Sonradan bir sıra media orqanları və sosial şəbəkələrdə bu iş üzrə saxlanan bəzi şəxslərin dindirilmə zaman işgəncə nəticəsində həlak olduğu ilə bağlı iddialar yayıldı. Baş Prokurorluq da həmin iddiaların yer aldığı bəzi sayt rəhbərlərini çağıraraq onlara rəsmi olmayan bu məlumatları yaydıqlarına görə xəbərdarlıq verdilər. Rəsmi qurumlar bu prosesdə nə qədər şəxsin həbs edildiyi, onlardan ölən olub-olmadığı və məhkəmə qərarları ilə bağlı hər hansı açıqlama verməyiblər. Məhkəmə prosesləri də, əsasən, qapalı keçirilib.

Bəzi hüquq müdafiəçiləri isə iddia edirdi ki, bu iş üzrə istintaq zamanı azı səkkiz şübhəli şəxsin işgəncə nəticəsində öldürülməsinə dair məlumatlar var. Həbs edilənlərin doğmaları isə bildirir ki, sonradan təkrar istintaq zamanı öldürülənlərdən dörd nəfərə bəraət verilib. Onların iddialarına görə, işgəncədə iştirak edənlərdən də məhkəmə qaydasında cəzalandırılanlar var. Habelə, valideynlərin bildirməsinə görə, bəzi hərbi qulluqçulara da ittihamlar üzrə 5 ildən 20 ilə qədər həbs cəzaları verilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG