Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 20:42

Uşaqlar üçün yaxşı və pis ölkələr


Arxiv fotosu

41 ölkədən Niderland, Danimarka və Norveçin uşaqlar üçün ən yaxşı məkanlar olduğu vurğulanır

UNICEF hökumətləri COVID-19 pandemiyasının iqtisadi, sosial və təhsilə vurduğu ziyana baxmayaraq uşaqların rifahını yaxşılaşdırmağa və qorumağa çağırır. Qurumun tədqiqat mərkəzinin yeni açıqladığı hesabatda belə deyilir.

“Hamıya yaxşı uşaqlıq bəxş etməyə resursları olan ən zəngin ölkələr uşaqları bada verirlər”, – tədqiqat mərkəzinin direktoru Gunilla Olsson deyib.

Onun sözlərinə görə, nə qədər ki hökumətlər pandemiya ilə mübarizə çərçivəsində uşaqların rifahını qorumağa sürətli və qətiyyətli addım atmayıblar, uşaqlar arasında yoxsulluq artacaq, zehni və fiziki sağlamlıqları pozulacaq, bacarıq fərqi dərinləşəcək.

'Uşaq pulu verilməlidir. Quru çörəklə dolananlar var'
Gözlə

No media source currently available

0:00 0:05:13 0:00

Uşaqlar üçün ən yaxşı ölkələr

Hesabatda 41 ölkədən uşaqların zehni, fiziki sağlamlığı, akademik və sosial bacarıqlarına dair pandemiyadan öncəyə aid məlumatlar öyrənilib. 41 ölkədən Niderland, Danimarka və Norveçin uşaqlar üçün ən yaxşı məkanlar olduğu vurğulanır.

Tədqiqatçılar ölkələrin uşaqların rifahını qoruma siyasətini, iqtisadiyyat, cəmiyyət, ətraf mühit kimi faktorları da dəyərləndirib. Norveç, İslandiya və Finlandiya siyahının başında durur.

Ölkələrin əksəriyyətində isə uşaqların beşdə dördündən də azı həyatlarından məmnundurlar. Ən aşağı məmnunluq səviyyəsi Türkiyədədir, ondan sonra Yaponiya və Britaniya gəlir.

Ailələrindən az dəstək görən, bullinqlə üzləşən uşaqlar arasında zehni sağlamlıq göstəriciləri “əhəmiyyətli dərəcədə zəifdir”.

Zəngin ölkələrdə 15-19 yaşlılar arasında ölümün əsas səbəbi intihardır. Litva, Yeni Zelandiya və Estoniya gənclər arasında intiharlara görə öndə gedir.

Dərslər başlanır. İmişlidə üç uşaq atası: 'Nə kömpüterimiz, nə də İnternetimiz var'
Gözlə

No media source currently available

0:00 0:02:58 0:00

Hesabatda son illər uşaqlar arasında köklük və piylənmənin artdığı vurğulanır. Avropa Birliyi və OECD ölkələrindən hər üç uşaqdan birinin ya köklük, ya da piylənmədən əziyyət çəkdiyi qeyd olunur. Cənubi Avropada göstəricilər kəskin şəkildə artıb.

Tədqiqatçılar uşaqların ortalama 40 faizinin 15 yaşadək təməl oxu və riyaziyyat qabiliyyətinə yiyələnmədiyini üzə çıxarıb. Bolqarıstan, Rumıniya və Çilidə uşaqların bacarıqlarının zəif olduğu bildirilir.

Bundan başqa hər beş uşaqdan azı biri yeni dostlar qazanmaqda öz sosial vərdişlərinə güvənmir. Çili, Yaponiya və İslandiyada uşaqların bu sahədə inamı çox azdır.

Müsbət məqamlar və pandemiyanın təsiri

Hesabatda müsbət məqamlar da yer alıb. Məsələn, məktəbəqədər təhsilə uşaqların 95 faizinin cəlb olunduğu vurğulanır. Di gəl, hesabat müəllifləri COVID-19 pandemiyasının bu “vacib uğurları” geri atacağından narahatdırlar.

Pandemiya səbəbindən uşaqların çoxu 100 gündən artıq məktəbdən kənar qalıb. Gənclərin həyatı ailə üzvləri və dost itkisi, tibbi xidmətə zəif çıxış, dəstəyin olmaması üstəgəl iqtisadi ziyan kimi stress faktorlarından əziyyət çəkib.

Tədqiqatın əhatələdiyi ölkələrin hamısında ÜDM-nin azalacağı gözlənir. UNICEF xəbərdarlıq edir ki, hökumətlər dərhal tədbirlər görməsələr uşaqlar arasında yoxsulluq göstəriciləri artacaq.

Məsələn, gəlir bərabərsizliyini və ümumi yoxsulluq səviyyəsini azaltmaqla uşaqların hamısının ehtiyacı olan resurslara çıxışını təmin etmək olardı.

Qurum uşaqlar və gənclər üçün zehni tibb xidmətlərində “ciddi fərqi” aradan qaldırmağa, ailələrlə bağlı siyasəti genişləndirməyə, keyfiyyətli uşaq baxımına çıxışı çevik və əlçatan etməyə çağırır.

Daha bir tövsiyə odur ki, uşaqların rifahını dəstəkləyən büdcələr qənaətə məruz qalmasınlar.

XS
SM
MD
LG