Keçid linkləri

2024, 09 May, Cümə axşamı, Bakı vaxtı 07:02

Dünyada 463 milyon uşaq distant təhsildən kənar qalıb


Arxiv fotosu
Arxiv fotosu

COVID-19 pandemiyasına görə məktəblər bağlanandan sonra dünyada uşaqların azı üçdə biri distant təhsildən kənar qalıb və bu “təhsil sahəsində qlobal fövqəladə vəziyyət yaradıb”. Bunu BMT-nin uşaq agentliyi – UNICEF bildirir.

Pandemiyanın qarşısını almaq üçün elan olunan karantinin pik vaxtında məktəblərin bağlanması 1,5 milyardadək uşağın dərsə getməməsi ilə sonuclanıb.

“Azı 463 milyon uşaq distant təhsilə çıxış əldə edə bilməyib”, – UNICEF-in İcraçı Direktoru Henrietta Fore deyib.

“Bu sayda uşağın təhsilinin aylarla pozulması təhsildə qlobal fövqəladə vəziyyət deməkdir. Bunun təsirləri onillər boyunca iqtisadiyyatlarda və cəmiyyətlərdə hiss oluna bilər”, – o vurğulayıb.

Regionlar üzrə fərqlər

Avqustun 26-da axşam yayılmış hesabatda regionlar üzrə kəskin bərabərsizlikdən də söz açılır. Uşaqlar ən böyük təsirə Saharaaltı Afrikada məruz qalıblar. Region üzrə ən böyük göstərici isə Cənubi Asiyanın payına düşür – azı 147 milyon.

UNICEF bildirir ki, hesabatda distant təhsil üçün evdə gərəkən texnologiya və alətlərə çatımlılıq öyrənilib. Məsələn, televiziya, radio və internetə, kurrikuluma dünya üzrə çatımlılıq göstəriciləri təhlil olunub.

Distant təhsildən ən çox yoxsul yerlərdə və kəndlərdə yaşayan uşaqlar məhrum olub.

Uşaqların erkən yaşlarda kritik təhsil illərində distant təhsildən kənar qaldığı bildirilir. Bu da onlayn təhsildəki problemlər və məhrumiyyətlər, evlərdə gərəkən avadanlığın olmaması ilə bağlıdır.

UNICEF vəziyyətin daha da pisləşə biləcəyi ilə bağlı ilə xəbərdarlıq edir. Çünki hətta evdə texnologiya olsa belə, uşaqlar ev işləri, yaxud başqa yerdə işləmək üçün təzyiqlər səbəbindən gərəkən təhsili almaya bilərlər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG