Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:48

Anticismlər tez yoxa çıxmır – Qərb mediası


Arxiv fotosu
Arxiv fotosu

Trump administrasiyası COVID-19 vaksininin hazırlanması və paylanması üzrə beynəlxalq fəaliyyətə qoşulmayacağını deyir, çünki Dünya Səhiyyə Təşkilatı (DST) kimi çoxtərəfli təşkilatlar tərəfindən məhdudlaşdırılmaq istəmir. Bu haqda “The Associated Press” agentliyi yazır.

İlk dəfə qərar barədə sentyabrın 1-də “The Washington Post” xəbər yayıb. Ağ ev iyulun əvvəlində ölkənin DST-dən çıxacağını açıqlayıb. Prezident Donald Trump iddia edir ki, DST-nin islahata ehtiyacı var və Çinin təsiri altındadır.

Bəzi ölkələr artıq vaksin ehtiyatlarını görürlər, digərləri xəstəliyə qarşı uğur qazanmaq üçün səylərini birləşdirirlər. 150-dən artıq ölkə COVID-19 Vaksinlərinə Qlobal Çıxış Təşəbbüsü (COVAX) yaradıblar.

“Təkbaşına hərəkət yanaşması...”

“Birləşmiş Ştatlar virusun məğlub edilməsindən ötrü beynəlxalq tərəfdaşlarımızla işi davam etdirəcək, amma korlanmış Dünya Səhiyyə Təşkilatı və Çinin təsiri altında olan çoxtərəfli qurumlarla məhdudlaşmaq istəmirik”, – Ağ evin sözçüsü Judd Deere deyib.

Nümayəndələr Palatasının üzvü Ami Bera administrasiyanın qərarını uzaqgörən saymır, pandemiya ilə mübarizəyə zərbə vuracağını düşünür.

“COVAX-a qoşulmaq ABŞ-ın vaksinə çıxışını təmin etməyin sadə yoludur – bunu birinci kimin hazırlamasından asılı olmayaraq. Təkbaşına hərəkət yanaşması Amerikanı vaksin əldə etməmək riski qarşısında qoyur”, – özü həkim olan Bera tvitində yazıb.

Administrasiyanın qərarı, eləcə də ABŞ-ın DST-dən çıxması Amerikanın pandemiya ilə mübarizədə liderlikdən geri atır, bunu isə “The ONE” kampaniyasının Şimali Amerikadakı direktoru Tom Hart söyləyib.

“Bu təkcə dünyada milyonlarla insanın həyatını riskə atmır, amerikalıları COVID-19-a qarşı effektli vaksindən tamamilə kənarlaşdırmış olur”, – Hart vurğulayıb.

Artıq vaksin adına bir neçə namizəd son mərhələyə çatıb, indi həqiqətən effektləri sübut olunmalıdır.

AstraZeneca şirkəti bazar ertəsi bildirib ki, vaksin namizədi son sınaq mərhələsinə daxil olub. Bu mərhələdə müxtəlif irqi, etnik və coğrafi qruplardan 30 minədək yetkin yaşlı üzərində sınaq aparılacaq. Bu yay ABŞ-da daha iki potensial vaksinin onminlərlə insan üzərində son sınaq mərhələsi başlanıb.

Yaponiya hökuməti isə koronavirus vaksinini vətəndaşlarının hamısına pulsuz vurmağı nəzərdən keçirir. Bu haqda sentyabrın 2-də Kyodo xəbər agentliyi yazıb.

Hökumət bildirir ki, məqsədi gələn ilin ortasınadək vətəndaşları üçün yetərincə vaksini təmin etməkdir.

Anticismlər azı dörd ay qalır

İnsanlarda yeni koronavirusa qarşı yaranan anticismlər diaqnoz qoyulandan sonra azı dörd ay qalır, bəzi məlumatlarda deyildiyi kimi, tezliklə yoxa çıxmır, “AP” bunu alimlərə istinadla yazır.

İslandiyada 30 mindən çox insan üzərində sınaq indiyədək virusa immun sisteminin reaksiyasını öyrənən ən böyük araşdırma sayılır. Və sonucda vaksin hazırlanmasıyla bağlı müsbət xəbər yayılıb.

Bundan öncə aparılmış daha kiçik araşdırmalar anticismlərin sürətlə itdiyini, xəstəliyi yüngül, yaxud simptomsuz keçirənlərdə isə anticismin heç yaranmadığını iddia edirdi.

Yeni araşdırmanı Reykyavikdəki “deCODE Genetics” şirkəti İslandiyada bir neçə xəstəxana, universitet və səhiyyə rəsmiləri ilə birlikdə aparıb. Fevralın sonundan bəri ölkə əhalisinin 15 faizi test olunub.

Alimlər iki cür koronavirus testi aparıblar: burundan yaxma və anticismləri göstərən qan analizləri götürüblər.

30 min 500-dən çox insanın qan nümunələri müxtəlif metodlarla öyrənilib.

Testi pozitiv çıxan bir alt qrup üzərində bir müddət sonra təkrar analizlər göstərib ki, yoluxma diaqnozu qoyulandan iki ay ərzində onlarda anticism yaranıb, sonra dörd ayadək səviyyəsi sabit qalıb.

Yeni araşdırma immuniteti hansı növ anticismin yaratdığını müəyyənləşdirmir.

Bu yaxınlarda isə azı iki halda koronavirusa təkrar yoluxma aşkarlanmışdı. Yəni, bu nəticələr heç də dünya üzrə əhalinin xəstəliyə eyni reaksiya verəcəyi anlamına gəlmir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG