Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:41

Koronavirusa təkrar yoluxma immunitetlə bağlı suallar doğurur


Arxiv fotosu
Arxiv fotosu

Bu həftə Honq Konqda 33 yaşlı bir kişinin dörd ay yarımdan sonra virusun başqa bir formasına yoluxduğu açıqlanıb

Avropada iki pasiyentin COVID-19-a yenidən yoluxması insanların koronavirusa qarşı immunitetilə bağlı narahatlıq yaradıb. Bu haqda “Reuters” agentliyi yazır.

Bu həftə Honq Konqda 33 yaşlı bir kişinin dörd ay yarımdan sonra virusun başqa bir formasına yoluxduğu açıqlanıb. Bu, koronavirusa təkrar yoluxmanın ilk təsdiqlənmiş halı idi. Belçika və Niderlandda iki yoluxma halı barədə isə bundan sonra məlumat yayılıb.

Vaksin heç 5 il qüvvədə qalmayacaq

Bu faktlar virusa qarşı potensial vaksinlərin effekti sarıdan qorxu yaradır. Axı, virus dünyada 800 mindən çox işanın həyatına son qoyub, 24 milyon yoluxma təsdiqlənib.

Ekspertlər isə deyirlər ki, narahatlığın əsaslandırılması üçün hələ çox təkrar yoluxma qeydə alınmalıdır.

Belçikalı virusoloq Marc Van Ranst deyir ki, ölkədə bir qadın martda COVID-19-a yoluxub, iyunda isə onun başqa bir növünü tutduğu aşkarlanıb. Ekspertin fikrincə, gələcəkdə başqa təkrar yoluxma halları da aşkarlana bilər.

Van Ranst “Reuters TV”yə deyib ki, 50 yaşlarında olan qadının bədənində birinci yoluxmadan sonra az sayda anticisim yaranıb və onlar xəstəliyin miqyasını məhdudlaşdıra bilərdi. Onun sözlərinə görə, təkrar yoluxmalar məhdud istisnalardır və bu haqda danışmaq üçün hələ tezdir.

Mütəxəssis deyir ki, yeni koronavirus qrip virusundan daha sabit olsa da dəyişməyə başlayıb.

“Viruslar mutasiya edir və bu o deməkdir ki, potensial vaksin daima, məsələn 10 il, heç beş il qüvvədə qalmayacaq. Qripə qarşı olduğu kimi, bu vaksin də daim yenidən dizayn olunmalıdır”, – o vurğulayıb.

Yoluxmalar iki gündür azalır
Gözlə

No media source currently available

0:00 0:00:28 0:00

İmmun sistemi zəif olub

Niderlandda isə virusun fərqli növünə təkrar yoluxmanı ölkəni Milli İctimai Səhiyyə İnstitutu açıqlayıb.

Niderlandın aparıcı virusoloqu, Dünya Səhiyyə Təşkilatının elmi məşvərət qrupunun üzvü Marion Koopmans deyib ki, ciddi miqdarda virusa birinci və ikinci yoluxma qeydə alınıb. O, yoluxan sakinin yaşlı olduğunu, immun sisteminin zəiflədiyini deyib. “Adamlar narahat olur, təkrar yoluxmanın standart hala çevrilib-çevrilmədiyini soruşurlar. Məncə, belə deyil”, – o deyib.

Bəzi ekspertlər təkrar yoluxma hallarını dünya üzrə testlərin miqyasının genişlənməsi ilə izah edirlər, virusun fərqli formalarda yayılması ilə deyil.

Ancaq Ekseter Universitetindən Dr David Strain bu halları azı iki səbəbdən narahatedici adlandırır:

“Birincisi, bu, ilkin yoluxmanın qoruyucu olmadığını göstərir. İkincisi, belə bir ehtimala yol açır ki, peyvəndləmə gözlədiyimiz ümidi doğrultmaya bilər”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG