Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 08:55

Şimali Makedoniyada yeni hökumət təsdiqlənib


Şimali Makedoniyada parlamentin iclası

Şimali Makedoniya parlamenti Sosial Demokratların başçılıq etdiyi yeni koalisiyanı təsdiqləyib. Koronavirus pandemiyası dövründə ölkədə bir neçə il idi liderlik böhranı yaşanırdı.

Baş nazir Zoran Zaev-in partiyası iyulda sağ-qanad rəqibləri üzərində cüzi fərqlə qələbə çalmışdı.

Avqustun 30-da onun Makedoniyanın Sosial Demokratik Birliyi (SDSM) və etnik alban azlığı təmsil edən ən böyük partiyadan ibarət hakim koalisiyası 120 yerlik parlamentdə 62 səslə təsdiqlənib.

SDSM 15 iyul seçkisində daha çox səs qazansa da çoxluğu təmin edə bilməmişdi. Zaev və İnteqrasiya uğrunda Demokratik Birliyin rəhbəri Ali Ahmet avqustun 18-də partiyalarının hakimiyyəti bölüşmək sazişi əldə etdiklərini açıqlayıb.

Zaev parlamentdə deyib ki, ölkəyə asayiş, ədalət və intizam qayıdır. Onun sözlərinə görə, hökumətin digər prioritetləri iqtisadiyyat, təhsil, administrasiya və ətraf mühitdir. Zaev koronavirus pandemiyası, cinayətkarlıq və korrupsiya ilə mübarizə vəd edib.

Ölkə üzrə yeni koronavirusa 14 minədək yoluxan ölüb, 600-ə yaxın xəstə vəfat edib.

XS
SM
MD
LG