Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:37

Tofiq Yaqublu:'Yalnız mənim prosesimdə bu Nazirlər Kabinetinin qərarı işləyir'


Tofiq Yaqublu, arxiv foto
Tofiq Yaqublu, arxiv foto

“Avtobuslarda sıxlıq var, amma bu Operativ Qərargahı narahat etmir. Yalnız mənim prosesimdə bu Nazirlər Kabinetinin qərarı işləyir”.

Bunu bu gün, avqustun 28-də Nizami Rayon Məhkəməsində Müsavat Partiyasının və Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu özünün işi üzrə növbəti prosesdə deyib. Bu barədə Azadlıq Radiosuna onun yaxınları məlumat verib.

Onların qeyd etməsinə görə, bu sözləri o, zala jurnalistlərin və vətədaş cəmiyyətin nümayəndələrin buraxılması ilə bağlı şifahi vəsatətə hakim Nəriman Mehdiyevin imtina cavabından sonra dilə gətirib. Verilən məlumata görə, hakim bu mövqeyini koronavirus pandemiyası ilə bağlı Nazirlər Kabinetinin sixlığın yaranmaması üçün müvafiq qərarı ilə əsaslandırır. Məhkəmə iclasında daha sonra şahid ifadələri dinlənib.

Vəkillər vəsatətlər verib Prosesin gedişində vəkillər Tofiq Yaqublunun mobil telefonunda olan görüntülərə baxılması, hadisə günü şahidlərin mobil telefonlarının anten məlumatların müəyyənləşdirilməsi ilə bağlı mobil operatorlara müraciət edilməsi və müdafiə tərəfin şahidlərinin dindirilməsi ilə bağlı məhkəməyə vəsatətlər veriblər. T.Yaqublunun yaxınlarının deməsinə görə, müşavirədən sonra hakim telefon görüntüləri ilə bağlı vəsatəti təmin etsə də, digər iki vəsatət təmin olunmayıb. Növbəti məhkəmə prosesi sentyabrın 1-nə təyin edilib .

Xatırlatma

T.Yaqublu bu il martın 22-də tutulub, ertəsi gün Nizami Rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Daxili İşlər Nazirliyinin rəsmi açıqlamasında iddia olunur ki, Nizami rayonu, "8-ci kilometr bazarı"nın yaxınlığında T.Y aqublunun idarə etdiyi "Toyota Corolla" markalı avtomobil E.Cəbrayılovun idarə etdiyi "VAZ-2107" ilə toqquşub:

"Yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri üzündən baş verdiyi halda, o, əsaslı səbəb olmadan mübahisə edərək Elxan Cəbrayılovu və onun sərnişini olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib" .

T. Yaqublunun ittiham olunduğu Cinayət Məcəlləsinin 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsində 2 ildən 6 ilə qədər həbs cəzası nəzərdə tutulub. Amma T. Yaqublu özünü təqsirli bilmir və sifarişlə ona qarşı təxribat törədildiyini deyir. O, saxlanmamışdan öncə - martın 22-də Facebook səhifəsində məlumat paylaşaraq ciddi təxribatla üzləşdiyini vurğulamışdı. ""8-ci kilometr bazarı"nda park halındakı maşınımı qəsdən, nümayişkaranə şəkildə vurdular və üstümə hücum etdilər. Öyrədilmiş adamlardır" , - o yazmışdı.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG